Cari ilin may ayının 20-də Bakı şəhərində Türk Dövlətlər Təşkilatlarının Türk Universitetlər Birliyinin (TÜRKUNİB) Yeddinci Baş Assambleyasının iclası keçirilib. İclasın gündəliyində bir sıra məsələlərlə yanaşı, təşkilata yeni üzv olacaq ali təhsil müəssisələrinin qəbul olunması məsələsinə baxılıb. Qeyd olunan təşkilata üzv qismində qəbul olunması məqsədilə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev tərəfindən müraciət olunmuşdur. Onlayn keçirilən iclasda MAA-nı rektorun köməkçisi, i.f.d., dosent Gülnarə Əhmədova təmsil edib. Baş Assambleya yekdilliklə Milli Aviasiya Akademiyasını Türk Dövlətlər Təşkilatının Türk Universitetlər Birliyinə tam hüquqlu üzvü seçmişdir.