Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Yerüstü Xidmət Şurasının (IATA GHC) və Dünya Aeroportlarının VİP Forumunun (WAVF) üzvü “VİP XİDMƏTLƏR QRUPU” MMC Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında müasir tələblərə uyğun yerüstü xidmətlər göstərir.
Milli Aviasiya Akademiyası və “VİP XİDMƏTLƏR QRUPU” MMC arasında 2023-cü ilin iyul ayından başlanmış əməkdaşlıq çərçivəsində təcrübə proqramı təsdiq olunmuşdur. “Logistika və nəqliyyat texnologiyaları” ixtisasının beş tələbəsi təsis edilmiş müştərək komissiya tərəfindən müsabiqə yolu ilə “Sərnişinlərə xidmətin təşkili üzrə agent – stajçı” vəzifəsinə təyin edilmişdilər. Bir aylıq təcrübə proqramını müvəffəqiyyətlə başa vuran tələbələrimiz “VİP XİDMƏTLƏR QRUPU” MMC-nin baş direktoru Sabir Şükürov tərəfindən sertifikatlar və bir aylıq əmək haqqı ilə təltif edilmiş, 4-cü kursu bitirmiş Röya Bağırovaya isə MMC-də iş təklif olunmuşdur. Tələbələrimizi təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq. Növbəti illərdə də əməkdaşlığın davam etdirilməsi istiqamətində ardıcıl işlərin görülməsi planlaşdırılır.
Foto Qalereya