XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında “Heydər Əliyev və azərbaycançılıq” Klubu yaradıldı.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin keçdiyi həyat yolunun, qeyri-adi idarəçilik bacarığının, polad iradəsi və yüksək vətənpərvərliyinin, zəngin və çoxşaxəli irsinin öyrənilməsi, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında rolunun gənc nəslə çatdırılması məqsədilə Milli Aviasiya Akademiyasında (MAA) “Heydər Əliyev və azərbaycançılıq” Klubu yaradılmışdır.  

Kluba MAA rektorunun köməkçisi, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının sədri, dosent Gülnarə Əhmədova rəhbərlik edəcəkdir.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin