XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında səmti müəyyənetmə yarışları keçirilib

Cari ilin may ayının 14-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Milli Aviasiya Akademiyasında səmti müəyyənetmə yarışları keçirilib.

Yarışda akademiyanın 43 tələbəsi iştirak edib.

Tələbələr start məntəqəsindən başlayaraq mürəkkəb relyefli ərazidə1.5 km məsafədə xüsusi idman xəritəsi üzrə 9 nəzarət məntəqəsini müəyyən edərək finiş xəttinə çatıblar. Təyin olunmuş ardıcıllıqla nişanları düzgün vuraraq ən qısa zamanda tapşırığı yerinə yetirən tələbələr arasında qaliblər müəyyən edilib. Oğlanlar və qızlar arasında ilk 3 yeri tutan tələbələr diplom və medallarla təltif olunub.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin