XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasının Kitabxanası Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Texniki Universitetinin Kitabxana İnformasiya Mərkəzində həyata keçirilmiş tədbirdə iştirak etmişdir.

Milli Aviasiya Akademiyasının Kitabxanası Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) keçirilmiş “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazalarının təqdimatında iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Elsevier” şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Elsevier” şirkətinin məhsulları olan “Scopus” indeks bazası və “ScienceDirect” tam-mətnli akademik bazaları və onlardan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.

Azərbaycan kitabxana və informasiya mütəxəssisləri  bu bazaların istifadə qaydaları və imkanlarını ilə tanış olmuşlar.

Elseiver şirkətinin Qazaxıstan üzrə nümayəndəsi Damir Raxmetov və elektron kitab həlləri üzrə satış meneceri Helena Pacsuzka tədbirdə iştirak edərək Scopus və ScieneceDirect məlumat bazalarında axtarış imkanları və məlumat bazalarından istifadə qaydaları, o cümlədən elektron jurnallarda nəşrlərin dərc olunması üsullarından bəhs etmişlər.

Bundan əlavə Elsevier şirkəti digər məhsulu olan, qlobal elmi məqalələri və 22.000-dən çox jurnalı əhatə edən  “Scopus” elektron informasiya bazasına  girişi və ondan səmərəli istifadəni akademiya üçün əlçatan edir. Scopus elektron informasiya bazası akademiyamız üçün yararlı ola biləcək çoxaspektli mövzuları: Aviasiya, texnika,  mexanika,  riyaziyyat,  fizika və astronomiya, kimya, kompüter elmləri və s. əhatə edir.

43.000-dən artıq kitab və 2.500-dən artıq jurnalı özündə cəmləşdirən tammətnli akademik baza olan “ScienceDirect” məlumat bazası isə akademiyanın professor-müəllim və tələbə heyətinin tədqiqat obyektini genişləndirməyə və fəaliyyətini asanlaşdırmağa yardım edəcək.

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin