XƏBƏR VƏ ELANLAR

MAA-nın rəsmiləri cari ilin fevral ayının 23-24 də Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi Mir Cəlal Paşayevin ev-muzeyində olublar, ədibin xatirəsini ehtiramla yad ediblər.

MAA-nın rəsmiləri cari ilin fevral ayının 23-24 də Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi Mir Cəlal Paşayevin ev-muzeyində olublar, ədibin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir.

Gəncəyə səfər çərçivəsində MAA-nın rəsmiləri Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədovanın F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Darıxmışam” adlı solo konsertində də iştirak ediblər. Belə ki, konsert proqramında Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi i.ü.f.d, dosent Gülnarə Əhmədova və Akademiyanın əməkdaşları qatılıb.

Tədbirdə həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.

Konsert proqramı iki hissədən ibarət olub. Sevilən müğənninin ifasında görkəmli bəstəkarlar Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digər müəlliflərin bəstələdiyi klassik Azərbaycan musiqilərindən ibarət mahnıları səslənib. Lalə Məmmədovanı konsertdə Xalq artisti Rəfael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib. Konsertin ikinci hissəsində isə Əməkdar artist tamaşaçıların qarşısında sevilən estrada musiqiləri ilə çıxış edib. Konsert tamaşaçılar tərəfindən böyük sevgilə qarşılanıb və sonadək alqışlarla müşaiyət olunub.

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin