Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən MAA-nın 30 illiyi münasibətilə Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Dadaşov Fuad Həsən oğlu, Mahmudlu Firdovsi Ələddin oğlu, Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunmuş Abdullayev Pərviz Şahmurad oğlu, Məcidova Valentina Qurban qızı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmiş Musayev Aydın Ərəstun oğlu, Nəbiyev Rasim Nəsib oğlu və Nizamov Telman İnayət oğlu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mülki aviasiya sahəsinin inkişafına göstərdiyi diqqət və dəstək üçün minnətdarlıq bildirilmiş, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzu olunmuşdur.
Foto Galereya