XƏBƏR VƏ ELANLAR

Əl-Fərabi adına Qazax Milli Universitetinin nümayəndələri Milli Aviasiya Akademiyasının qonağı olmuşdur.

2023-cü il mayın 23-də Milli Aviasiya Akademiyasında ERASMUS+ proqramı üzrə həyata keçirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems – GEOCLIC) layihəsi çərçivəsində monitorinq iclası keçirilmişdir. Layihənin icra müddəti 2021-2024-cü illəri əhatə edir.

Layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Türkmənistanda yeni geoməkan texnologiyaları, böyük verilənlər və məsafədən zondlamadan istifadə etməklə qlobal istiləşmə zamanı Xəzər dənizinin sahil ekosisteminin monitorinqi və ətraf mühitin mühafizəsi sahəsində bazar tələblərinə və qabaqcıl təcrübələrə cavab verən innovasiyalı üçsəviyyəli kurikulumların köməyilə bakalavriat/magistratura/doktorantura səviyyələrində tədrisi müasirləşdirmək və beynəlmiləşdirməkdir.

İclasda layihənin koordinatoru olan Əl-Fərabi adına Qazax Milli Universitetinin nümayəndələri (Makpal Noğaybayeva, Nursultan Doscan, Aygerim Sakayeva), Milli Aviasiya Akademiyasından (Xəqani Abdullayev, Aytac Bədəlova, Şəbnəm Hüseynova), Bakı Dövlət Universitetindən (Aytən İmanova, Anar Nuriyev), Azərbaycan Memarlıq və İnşaat Universitetindən (Fərhad Əliyev, Səfail Verdiyev), Mingəçevir Dövlət Universitetindən (Sənan Mehdi) olan layihə icraçıları, eyni zamanda ERASMUS+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov iştirak etmişdir.

Layihə üzrə həyata keçirilən fəaliyyətlər üzrə iştirakçı ali təhsil müəssisələrinin hesabatları dinlənilmiş, plan üzrə nəzərdə tutulmuş yeni istiqamətlər müzakirə edilmişdir.

Görüşdən sonra qonaqlar Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən mərkəzlərlə tanış olmuşlar.

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin