XƏBƏR VƏ ELANLAR

“StartUp School” layihəsinin tanıtım tədbiri.

Fevralın 28-də Milli Aviasiya Akademiyasında (MAA) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu EnterpriseAzerbaijan.gov.az portalının və ABŞ-nin Nevada Universitetinin birgə hazırladığı “StartUp School” layihəsinin tanıtım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə MAA-nın yeni texnologiyalar üzrə prorektoru, professor Xəqani Abdullayev açdı.  

“EnterpriseAzerbaijan”ın rəhbəri Mətanət Musayeva, mentor Habil Əhmədov və layihə meneceri Nəzrin Əkbərova “StartUp School” layihəsinin komandası, missiyası, əsas hədəfləri, strukturu, B2G, I2B, B2C, B2B proqramları, layihənin kurikulumu, inkubasiya və akselerasiya və digər məsələlər haqqında təqdimatla çıxış etdilər.

Qeyd olundu ki, “StartUp School” layihəsi cari ilin mart ayından fəaliyyətə başlayır.

Layihənin əsas məqsədi gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkişafı istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. Gənclərin akademik biliklərlə təmin edilməsi və startapların biznesin idarə edilməsi sahəsində savadlılığının artırılması yeni məktəbin əsas qayələrindən biridir.

“StartUp School” dünyəvi tədris üsulları ilə yaradıcılığı və yenilikçiliyi inkişaf etdirən gənclərin yetişdirilməsinə yardım edəcək. Bundan başqa müasir işçi bazarında rəqabətə davamlı kadrların keyfiyyətini yüksəldərək kiçik və orta biznesin böyüməsini stimullaşdıracaq.

ABŞ, Türkiyə, İsrail, Polşa və Azərbaycandan olan mentorların cəlb olunduğu kursu bitirən bütün startapçılara beynəlxalq səviyyəli sertifikat təqdim olunacaq. Birinci yerin qalibləri isə “I2B” üçün Nevada Universitetinin Ozmen Sahibkarlıq Mərkəzinə getmək şansı qazanacaqlar.

Tədbirdə MAA-nın startapçı tələbələri aktiv iştirak edərək öz layihələri barədə ətraflı məlumat verdilər.

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin