Aviasiya Təhlükəsizliyi mühəndisliyi
050603 – Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisası Azərbaycan Respublikasının beynəlxalq və yerli hava limanlarında, aviaşirkətlərdə, aerodromlarda, heliportlarda aviasiya təhlükəsizliyi sisteminin təşkili və idarə olunması üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.
Bu ixtisas çərçivəsində bakalavr hazırlığı üç istiqamətdə – aviasiya təhlükəsizliyi, profaylinq, qəza-xilasetmə və axtarış işlərinin təşkili üzrə aparılır.
050603 – Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisasının təhsil proqramı aviasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA), Avropa Mülki Aviasiya Konfransının (ECAC) beynəlxalq standartlarına və tövsiyə etdikləri təcrübəyə uyğun olaraq hazırlanmışdır.
050603 – Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri biliklər və yiyələndikləri praktiki vərdişlər nəticəsində bu sahədə risklərin idarə olunması, aviasiya təhlükəsizliyi üzrə preventiv tədbirlərin işlənib hazırlanması, təşkili və tətbiqi, qanunsuz müdaxilə aktları və digər fövqəladə halların idarə olunması sahəsində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.
050603 - Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
- ali riyaziyyatın, fizikanın və kimyanın fundamental bilikləri
- aviasiya təhlükəsizliyi sahəsində proseslərin riyazi modelləşdirilməsi
- risklərin idarə olunması
- aeroportlarda və aviaşirkətlərdə aviasiya təhlükəsizliyi sisteminin təşkili
- hava gəmilərinin konstruksiyası
- şəxslərə, onların əl yükünə və baqajına, aviayüklərə, aviapoçtlara, bort ehtiyatlarına və qidalarına, hava gəmilərinə, aeroport ərazisinə daxil olan avtomobillərə aviasiya təhlükəsizliyi üzrə baxış texnologiyaları
- qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəraitinin idarə olunması və digər fənlər üzrə müasir biliklər və praktiki vərdişlər
- ali riyaziyyatın, fizikanın və kimyanın fundamental bilikləri
- proseslərin riyazi modelləşdirilməsi
- aviasiya təhlükəsizliyinin əsasları, axtarış və xilasetmə işlərinin əsasları
- risklərin idarə olunması
- yanğın təhlükəsizliyi
- hava gəmilərinin konstruksiyası və bu kimi fənlərlə yanaşı mülki aviasiyada insan amili
- ümumi psixologiya, psixodiaqnostika, fizioqnomika, davranış və ünsiyyət psixologiyası, kriminal psixologiya
- vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə potensial təhlükəli şəxslərin aşkarlanması
- qanunsuz müdaxilə aktları zamanı girov götürənlərlə danışıqların aparılması üzrə müasir biliklər və praktiki vərdişlər
- ali riyaziyyatın, fizikanın və kimyanın fundamental bilikləri
- proseslərin riyazi modelləşdirilməsi
- hava gəmilərinin konstruksiyası
- risklərin idarə olunması
- aeroportlarda (heliportlarda) və onların yaxın ətrafında baş verən aviasiya hadisələri zamanı xilasetmə və yanğınsöndürmə işlərinin aparılması
- hava gəmiləri və aeroportun infrastruktur obyektlərində baş verən qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəritinin idarə olunması
- su hövzələrində, dağlıq və digər çətin ərazilərdə baş verən aviasiya hadisələri zamanı axtarış və xilasetmə işlərinin planlaşdırılması, təşkili, idarə olunması və digər fənlər üzrə müasir biliklər və praktiki vərdişlər
050603 – Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisasının Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində yerli və beynəlxalq aeroportlarda, mülki aerodromlarda (heliportlarda), aviaşirkətlərdə aviasiya təhlükəsizliyi sisteminin idarə olunması, o cümlədən preventiv mühəndis həllərin və tədbirlərin işlənməsi, qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəraitinin, aviasiya hadisələri ilə əlaqədar fövqəladə halların idarə olunması istiqamətində müvafiq peşə fəaliyyətləri ilə məşğul ola bilərlər.
Aviasiya Təhlükəsizliyi mühəndisliyi ixtisasının tələbələri təhsil aldıqları müddətdə Milli Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin və Silk Way Holding şirkətinin struktur bölmələrində, aviaşirkətlərdə, hava limanlarında, bir sıra nazirlik, müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.
Yüksək akademik göstəricilər əldə edən tələbələr oxuduqları müddətdə Milli Aviasiya Akademiyasının nəzdindəki IATA institutunda Aviasiya təhlükəsizliyi üzrə beynəlxalq səviyyəli kurslarda iştirak edərək, IATA-nın sertifikatlarını almaq imkanı qazanırlar.
Bu müasir mühəndis ixtisasını müvəffəqiyyətlə bitirmiş məzunlar mülki aviasiya subyektləri ilə yanaşı, təhlükəsizlik və fövqəladə halların idarə olunması ilə məşğul olan digər dövlət orqanlarında, müəssisələrində, təşkilatlarında və özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.