AEROKOSMİK FAKÜLTƏ

Kompüter mühəndisliyi

Kompüter mühəndisliyi müasir hesablama sistemlərinin, kompüterlə idarə olunan avadanlıqların və intellektual qurğular şəbəkələrinin proqram və aparat komponentlərinin layihələndirilməsi, qurulması, tətbiqi və texniki xidməti üzrə elm və texnologiyanı özündə təcəssüm etdirən ixtisasdır. O daxilə quraşdırılmış sistemləri, kibertəhlükəsizliyi və verilənlərin analitikası kimi sahələri əhatə edən kompüter elmlərini və elektrik mühəndisliyinin prinsiplərini birləşdirir.

Kompüter mühəndisliyi, həmçinin, inkişaf etməkdə olan texnologiyalara, etik mülahizələrə və peşəkar təcrübələrə diqqət yetirərək, məzunların süni intellekt və Əşyaların İnterneti (IoT) kimi sahələrdə innovasiyalara töhfə vermək üçün sürətlə inkişaf edən texnoloji mənzərənin problemlərini həll etmək istiqamətində yaxşı hazırlanmasını təmin edir.

Ətraflı məlumat üçün Hesablama Texnikası Assosiasiyasının (ACM) və Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun Kompüter Cəmiyyətinin (IEEE-CS) birgə hesabatları ilə buradan (CE2016, CC2020) tanış ola bilərsiniz.

Bu ixtisas çərçivəsində 2024-cü ildən yenilənmiş tədris planına uyğun olaraq bakalavr hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

  • Süni intellekt
  • Kibertəhlükəsizlik
  • Full-stack developer
  • Şəbəkə və sistem inzibatçılığı
  • Daxilə quraşdırılmış sistemlər
  • Proqram məhsullarının keyfiyyət təminatı.
 

Tədris Azərbaycaningilis dillərindədir.

Tədris Planı

Table
I Kurs II Kurs III Kurs IV Kurs
Payız Payız Payız Payız
  1. Azərbaycan tarixi
  2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  3. İngilis dilində işgüzar və akademik kommunikasiya-1
  4. Xətti cəbr və analitik həndəsə
  5. Mülki müdafiə
  1. Fizika
  2. Diferensial tənliklər
  3. Proqramlaşdırmanın əsasları-2
  4. Dövrələr nəzəriyyəsi
  5. Ehtimal nəzəriyyəsi və riyazi statistika
  6. Kompüter arxitekturası
  1. Verilənlər bazası sistemləri
  2. Kompüter şəbəkələri
  3. Kompüter sistemlərinin təhlükəsizliyi
  4. Rəqəmsal sistemlər
  1. FƏNN-6
  2. FƏNN-7
  3. FƏNN-8
  4. FƏNN-9
  5. FƏNN-10
Yaz Yaz Yaz Yaz
  1. İngilis dilində işgüzar və akademik kommunikasiya-2
  2. Kompüter mühəndisliyinin əsasları
  3. Proqramlaşdırmanın əsasları-1
  4. Riyazi analiz
  5. Diskret riyaziyyat
  6. Kompüter qrafikası
  1. Elektronikanın əsasları
  2. Verilənlərin strukturu və alqoritmlər
  3. Əməliyyat sistemləri
  1. Kompüterdə modelləşdirmə
  2. FƏNN-2
  3. FƏNN-3
  4. FƏNN-4
  5. FƏNN-5
Təcrübə

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz