Cihaz mühəndisliyi
050604 – Cihaz mühəndisliyi ixtisası “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında aerokosmik cihazların, cihaz avadanlığı və komplekslərinin layihələndirilməsi, istehsalı, quraşdırılması, istismarı və təmiri, aviasiya və raket-kosmik texnikası, eləcə də sənayenin bir sıra digər sahələri üçün cihaz avadanlığının dizaynı və proqramlaşdırılması, quraşdırılması, kalibrlənməsi və istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında bu ixtisas çərçivəsində bakalavr hazırlığı əsasən 2 istiqamətdə – aerokosmik cihazlar və sistemlər, keyfiyyətə nəzarət və diaqnostika cihazları üzrə aparılır.
Cihaz mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlər nəticəsində aerokosmik sahə ilə yanaşı tibbi, yanacaq-enerji, neft-qaz, neft-kimya, qida sənayesi və s. üçün elektron cihazların, ölçmə-nəzarət və diaqnostika cihaz və sistemlərin layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması, kalibrlənməsi və istismarı sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşır.
050604 – Cihaz mühəndisliyi ixtisasının təhsil proqramı mütəxəssislərə olan müasir tələbləri özündə əhatə edir, proqramın hazırlanmasında müxtəlif sahələrin aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsi və mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.
Eyni zamanda 050604 – Cihaz mühəndisliyi ixtisasının təhsil proqramı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) və Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA) mülki aviasiya sahəsində cihaz və avadanlıqların uçuş və texniki istismarına olan tələbləri əsasında hazırlanmışdır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050604 – Cihaz mühəndisliyi ixtisasının normativ təhsil müddəti Azərbaycan və rus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir.
Milli Aviasiya Akademiyasında 050604 – Cihaz mühəndisliyi ixtisasının proqramında tələbələrə mükəmməl fundamental biliklərlə yanaşı, İT, kompüter sistemlərinin aparat və proqram təminatı, kompüter əsaslı cihazların yaradılması, cihazların avtomatlaşdırılmış layihələndirilməsi və istehsalı kimi mühəndis bacarıqlarının da verilməsi nəzərdə tutulmuşdur.
050604 - Cihaz mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
İxtisasın peşə hazırlığı fənləri:
- ali riyaziyyatın və fizikanın fundamental bilikləri,
- tətbiqi fizika, kimya,
- kompüter sistemlərinin aparat və proqram təminatının əsasları,
- mühəndis qrafikası və dizayn,
- elektrotexnika mühəndisliyi,
- mühəndis mexanikası,
- elektronika və sxemotexnika,
- kompüter əsaslı cihaz mühəndisliyi,
- keyfiyyətə nəzarət və metrologiya,
- ölçmə texnologiyaları,
- sənaye cihazları,
- materialşunaslıq,
- mikroprosessorlar və mikrokantrollerlər,
- cihaz texnologiyalarının əsasları,
- cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri,
- informasiyanın alınmasının fiziki əsasları, müasir sensorlar və çeviricilər.
İxtisasın peşə hazırlığının seçmə fənləri:
- Cihaz və qurğuların layihələndirilməsi;
- Optoelektron cihaz və qurğular;
- Mikro və nano texnologiya əsaslı vericilərin layihələndirilməsi;
- Aviasiya cihazları və pilotaj naviqasiya qurğuları;
- Hava gəmilərinin texniki istismarının və diaqnostikasının təşkili;
- Konkret tip uçan aparatın cihaz avadanlığı;
- Peyk rabitə və naviqasiya avadanlıqları;
- Uçan aparatların avtomatik idarəetmə sistemləri;
- Aerokosmik sistemlərin element və qurğularının diaqnostikası fənləri üzrə müasir biliklərə.
İxtisasın peşə hazırlığı fənləri:
- ali riyaziyyatın və fizikanın fundamental bilikləri,
- tətbiqi fizika, kimya,
- kompüter sistemlərinin aparat və proqram təminatının əsasları,
- mühəndis qrafikası və dizayn,
- elektrotexnika mühəndisliyi,
- mühəndis mexanikası,
- elektronika və sxemotexnika,
- kompüter əsaslı cihaz mühəndisliyi,
- keyfiyyətə nəzarət və metrologiya,
- ölçmə texnologiyaları,
- sənaye cihazları,
- materialşunaslıq,
- mikroprosessorlar və mikrokantrollerlər,
- cihaz texnologiyalarının əsasları,
- cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri,
- informasiyanın alınmasının fiziki əsasları, müasir sensorlar və çeviricilər.
İxtisasın peşə hazırlığının seçmə fənləri:
- Cihazların konstruksiya edilməsi;
- Dağıtmadan nəzarət cihaz və qurğuları;
- Dağıtmadan nəzarətdə tənzimləmə və avtomatik idarəetmə sistemləri;
- Keyfiyyətə nəzarət və diaqnostika üsul və cihazları;
- Dağıtmadan nəzarətin texnoloji sistemlərə tətbiqi;
- Texniki və texnoloji nəzarətin müasir informasiya, ölçmə və idarə etmə sistemləri;
- Mikromexaniki vericilər;
- Kompleks diaqnostikanın üsul və vasitələri;
- Diaqnostik texnologiyalarda robototexniki sistemlər.
Cihaz mühəndisliyi ixtisasının tələbələri təhsil aldıqları müddətdə Milli Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin, Silk Way Holding şirkətinin və Azərkosmos ASC-nin struktur bölmələrində, aviaşirkətlərdə, bir sıra nazirlik, müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.
Aerokosmik cihazların layihələndirilməsi, istehsalı, sınaqları və istismarı istiqamətini seçən gələcək mühəndislərə bu təcrübələr aerokosmik cihaz və avadanlıqlara xidmət göstərən personalın şəhadətnaməsinə yiyələnmək imkanlarını verəcəkdir.
Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava gəmiləri, müxtəlif təyinatlı təyyarə və helikopterlər, aviasiya və raket-kosmik texnikası, pilotlu və pilotsuz uçuş aparatları, eyni zamanda tibbi, yanacaq-enerji, neft-qaz, neft-kimya, hərbi texnika və s. bu kimi sahələr üçün cihaz və avadanlığın layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, istehsalı, quraşdırılması və kalibrlənməsi ilə məşğul olacaqlar.
Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya və kosmik sahələrlə yanaşı nəqliyyat, energetika, neft-qaz sənayesi, tibbi, ümumi və xüsusi təyinatlı sahələrdə biotibbi texnika mühəndisi, keyfiyyətə nəzarət və diaqnostika mühəndisi, elektrik, elektron cihazlar mühəndisi, metroloji nəzarət və standartlaşma mütəxəssisi, cihaz texnologiyası, cihaz və avadanlığın layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması və kalibrlənməsi, idarəetmə və istismarı mühəndisi kimi yuksək reytinqli vəzifə və peşələrdə çalışmaq imkanına malik olacaqlar.