İQTİSADİYYAT VƏ HÜQUQ FAKÜLTƏSİ

Maliyyə

Bu ixtisas çərçivəsində bakalavr hazırlığı 3 istiqamətdə: müəssisənin maliyyəsi; dövlət maliyyəsikooperativ maliyyə üzrə aparılır.

050406 – Maliyyə ixtisasının tədris planı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Təhsil Proqramının əsasında hazırlanmışdır.

Milli Aviasiya Akademiyasında 050406 – Maliyyə ixtisasının normativ təhsil müddəti Azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il təşkil edir.

Milli iqtisadiyyatın dinamik və effektiv inkişafı maliyyə resurslarından məqsədyönlü və peşəkarcasına istifadə edilməsi əsasında mümkündür. Maliyyə ölkə iqtisadiyyatının səmərəli idarə olunmasında mühüm rola malikdir. Lakin bu elmin öyrənilməsi ölkə sərhədləri ilə məhdudlaşmır. Ona görə də bu elm daha dərindən beynəlxalq standartlara uyğun öyrənilməli, milli gəlirin ilkin və yenidən bölgüsü, büdcə və büdcədənkənar fondların gəlirlərinin və xərclərinin formalaşması, müəssisələrin maliyyə münasibətləri, regional maliyyənin xüsusiyyətləri, sığorta və beynəlxalq maliyyə münasibətləri mövcud iqtisadi sistemə uyğun araşdırılmalıdır.

İqtisadiyyatda baş verən köklü dəyişiklikləri müvafiq kadr təminatı olmadan həyata keçirmək qeyri-mümkündür. Bazar strukturunun formalaşdırılması üçün öz sahəsində yüksək peşəkarlığa, dərin və hərtərəfli biliklərə malik ixtisaslı mütəxəssislərin hazırlanması vacibdir. Xüsusilə də maliyyə kimi incə və mürəkkəb bir sahədə fəaliyyət göstərən kadrların üzərinə böyük məsuliyyət düşür.

İnnovativ ideyalara geniş meydan verildiyi, beynəlxalq inteqrasiyanın vüsət aldığı hazırkı dövrdə məhz ən kəskin və ən ciddi (təcili) ehtiyac savadlı və təşəbbüskar, ACCA sertifikatlarına sahib olan (xüsusilə proqrama daxil olan F3, F7, F9 sertifikatları) maliyyəçilərə olan tələbatdır.

Bu ixtisasa yiyələnən hər bir şəxs çox vacib əqli əmək yerinə yetirməklə yüksək əmək haqqı ala bilir (statistikaya görə bu gün iqtisadiyyatın sektorları üzrə ən yüksək əmək haqqını maliyyə-bank, sığorta sahəsində çalışanlar alırlar), karyera yüksəlişi üçün isə çox böyük imkanlara malik olur.

Əgər maliyyəçisənsə, deməli:

  • əmək bazarında hər zaman sənə ehtiyac var;
  • stabil şirkətdə vəzifən ola bilər;
  • sürətli karyera yüksəlişi imkanların genişdir;
  • “təmiz” (əqli) işin olacaq;
  • yüksək əmək haqqı (və ya gəlir) əldə edə biləcəksən.

MAA da 050406 – Maliyyə ixtisasının tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, müasir maddi-texniki baza mövcuddur.

– MAA-nın diplomu əmək bazarında xüsusi nüfuza sahibdir;

– tələbələrə fənlər ən çoxu 15 nəfərlik qruplarla tədris olunur, yəni dərslər mobil qruplara bənzər formada keçirilir;

– tələbələrin biliklərinin qiymətləndirilməsinin reytinq sistemi daima inkişaf etdirilir;

– tələbələr təcrübəni Milli Aviasiya Akademiyasında, «Azərbaycan Hava Yolları» QSC-nin və «Silk Way Holding» şirkətinin struktur bölmələrində, aviaşirkətlərdə, hava limanlarında, bir sıra nazirlik və müxtəlif təyinatlı idarələrdə, dövlət və özəl müəssisələrdə, tədqiqat laboratoriyalarında, yerli və beynəlxalq özəl təşkilat və şirkətlərdə keçirlər.

Bu gün hər bir abituriyentin MAA-nın qeyd etdiyimiz və digər üstünlüklərini görmək və onlardan yararlanmaq şansı vardır. Bu şansı əldə etmək üçün, sadəcə MAA-nın tələbəsi adını qazanmaq lazımdır. Bəs maliyyə ixtisasını seçən MAA-nın tələbələri burada hansı bacarıqlara yiyələnəcəklər və bunun üçün hansı fənləri öyrənəcəklər?!

Əsasən Maliyyənin əsasları, Mülki aviasiya müəssisələrinin iqtisadiyyatı, Korporativ maliyyə, Mühasibat uçotu, Maliyyə uçotu, Maliyyə bazarları, İnvestisiyaların və risklərin idarə edilməsi, Vergitutma fənlərini dərindən mənimsəyəcəklər.

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar aşağıdakı peşə kompetensiyalarına yiyələnəcəklər:

  • İşində ümumi profilli və ixtisaslaşdırılmış proqram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitik proqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri etməyi bacarmaq; (PK-1)
  • İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-2)
  • İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yolları ilə bağlı biliklərə sahib olmaq; (PK-3)
  • Risklərin müəyyənləşdirilməsi və idarə olunması üzrə biliklərə malik olmaq; (PK-4)
  • İnvestisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi, qərarların alınması və investisiya portfelinin idarə olunması üzrə biliklərə malik olmaq; (PK-5)
  • Bank sektorunda fəaliyyətlərin təşkili və idarə olunması üzrə biliklərə malik olmaq; (PK-6)
  • Mərkəzi bankçılıq üzrə biliklərə malik olmaq (PK-7)
  • Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq (PK-8)
  • Mühasibat üzrə biliklərə malik olmaq və maliyyə hesabatlarını təhlil etməyi bacarmaq (PK-9)
  • Maliyyə sektoru və bazarları üzrə biliklərə malik olmaq və maliyyə bazarlarının son inkişaf tendensiyaları haqqında məlumatlara sahib olmaq (PK-10)
  • Maliyyə bazarları alətlərinin təhlili üzrə baza bacarıqlara malik olmaq (PK-11)
  • Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq (PK-12)
  • Nəzəri iqtisadi biliklərə malik olmaq və maliyyə sektorunda bu biliklərdən istifadə etməyi bacarmaq; (PK-13)
  • Korporativ maliyyə üzrə biliklərə malik olmaq və maliyyə təhlilində istifadə etməyi bacarmaq; (PK-14)
  • Büdcə münasibətlərini, vergi sistemini, fiskal siyasəti, dövlət borclarının idarə olunmasını özündə ehtiva edən dövlət maliyyəsi üzrə biliklərə malik olmaq; (PK-15)
  • Sığorta sektorunda fəaliyyətlərin təşkili və idarə olunması üzrə biliklərə sahib olmaq (PK-16)
  • Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlamaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq. (PK-17)

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz