NƏQLİYYAT TEXNOLOGIYALARI FAKÜLTƏSİ

Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi

050621 – Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası müasir logistika prinsipləri və texnologiyaları əsasında logistika və nəqliyyat sahəsinin idarə edilməsi üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində müasir logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki – iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi, eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, sərnişinlərin və yüklərin çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qablaşdırma, təchizat zənciri menecmenti və s.) praktiki vərdişlər əldə edir və bu sahə üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) standarlarına uyğun  yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.

050621 – Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

Logistika və Nəqliyyat texnologiyaları istiqaməti üzrə
  • nəqliyyat və logistika  sahəsinin qanunvericiliyi və normativ bazasının əsasları
  • hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınması
  • nəqliyyat və logistika idarə edilməsi ilə əlaqəli prosesləri
  • yük aviadaşımalarının marketinqi
  • nəqliyyat vasitələri hərəkətinin logistik modelləşdirilməsi və layihələndirilməsi
  • nəqliyyat növləri üzrə qarışıq daşımaların əsasları
  • multimodal və intermodal daşımaları
  • nəqliyyat təsərrüfatı və xidmət  sahələrinin infrastrukları
  • nəqliyyatda və logistikada idarəetmənin əsasları
  • nəqliyyat vasitələrinin texniki və kommersiya istismarı
  • nəqliyyatda müasir informasiya texnologiyaları
  • yüklənməyə nəzarət və hava gəmilərinin mərkəzləşdirilməsi
  • nəqliyyatda təhlükəsizlik məsələləri və digər fənlər üzrə  Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO), İATA və digər təşkilatların standartlarına uyğun müasir biliklər

Logistika və nəqliyyat texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr nəqliyyatın fəaliyyət sahələrində islehsalat, texniki, texnoloji, nəzəri və praktiki məsələlərin həllini, texniki-iqtisadi əsaslandırmalar, təcrübi təhlillər aparmağı, nəqliyyat növləri arasında qarşılıqlı əlaqələrin yaratmağı, öz peşə fəaliyyətində müxtəlif mənbələrdən informasiya almağı, onu təhlil və emal etməyi, nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyini, texniki istismar qaydalarını, əməliyyatların və hərəkətin təşkilini, ekoloji təhlükəsizliyə və istehsalat fəaliyyətinin təşkilinə dair bütün tələbləri yerinə yetirməyi, logistika sahəsində informatika, kompüter texnikası və proqramlaşdırmanı tətbiq etməyi bacaracaqlar.

Logistika və nəqliyyat texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr ixtisas üzrə lazım olan bilik və bacarıqlara (kompetensiyalara) – stress altında işləmə bacarığı, yüksək ünsiyyət bacarıqları, komandada işləmək bacarığı, səbrli olmaq, operativ və aktiv olmaq, yeni beynəlxalq normativlərə uyğunlaşa bilmək, xarici dil bilikləri (xüsusilə ingilis dili), logistika və nəqliyyat sahəsində mövcud kompüter proqramları ilə işləyə bilmək, öz sahəsinə aid problemləri dəqiq şəkildə müəyyən etmək; dəqiqlik, məsuliyyətlilik, analitik və strateji düşüncə bacarığı, təşkilatçılıq bacarıqları,  təlimatları dəqiq yerinə yetirmək bacarığı, təşəbbüskarlığı və s. yiyələnəcəklər.

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində iqtisadiyyatın bütün sahələrində (xüsusi ilə hava nəqliyyatı sahəsində) logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə layihə-konstruktor, istehsalat-texnoloji və təşkilati-inzibatçılıq peşə fəaliyyətləri istiqamətlərində, beynəlxalq və yerli hava limanlarında, yerüstü xidmət şirkətlərində, anbar və terminallarda, aviasiya şirkətlərində, logistika və ekspedisiya fəaliyyəti ilə məşğul olan şirkətlərdə, o cümlədən müxtəlif nəqliyyat (avtomobil, dəmir yolu, dəniz nəqliyyatı) müəssisələrində, nəqliyyat parkı mövcud olar istənilən müəssisə və təşkilatlarda logist, nəqliyyat logistikası və ya logistika üzrə mühəndis, ekspeditor, anbar logistikası üzrə mütəxəssis, daşımalar üzrə mütəxəssis peşə və vəzifələrində çalışa bilərlər. Müəyyən dövrdən sonra təcrübə yığaraq logistika üzrə menecer, nəqliyyat-ekspedisiya və ya təchizat-logistika bölməsinin rəhbəri vəzifələrinə yüksəlmək imkanı qazanıla bilər.

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz