Proseslərin Avtomatlaşdırılması mühəndisliyi
050634 – Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası müasir istehsalın və texnoloji proseslərin yüksək dərəcədə avtomatlaşdırılmasını və bu avtomatlaşdırılma prosesində tətbiq olunan texniki vasitələrin, sistemlərin və qurğuların layihələndirilməsi, istehsalı və texniki istismarı uzrə mütəxəssis hazırlığını nəzərdə tutur.
Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində mülki aviasiyada, dəmiryolu nəqliyyatında, gəmiçilikdə, avtomobil nəqliyyatında və eləcə də digər sahələrdə avtomatlaşdırma sistemlərinin və qurğularının layihələndirilməsi və istismarında müasir kompüter və informasiya texnologiyalarından, sahə üzrə tələb olunan proqram təminatından istiadə etməyi bacaran yuksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar.
050634 – Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
- ali riyaziyyatın və fizikanın fundamental bilikləri
- kompüter texnologiyaları və proqramlaşdırma
- mühəndis və kompüter qrafikası
- elektrik dövrələri nəzəriyyəsi, mühəndis mexanikası
- analoq elektronika, rəqəmsal elektronika
- ölçmə texnikasının əsasları
- siqnallar və sistemlər
- avtomatik idarəetmə nəzəriyyəsi
- mikroprosessorlar və proqramlaşdırılan inteqral sxemlər, proqramlaşdırılan məntiqi kontrollerlər
- sənaye avtomatlaşdırılması, rəqəmsal idarəetmə, idarəetmə obyektləri ilə əlaqə qurğular
- nəqliyyatda avtomatik rabitə, avtomatika və telemexanikanın stansiya sistemləri
- proseslərin analizi və identifikasiyası
- avtomatika və telemexanika qurğularında ölçmələr
- peyk və mobil rabitə sistemləri
- stansiyalarda informasiya qurğuları, avtomatika
- telemexanika və rabitənin elektrik qida qurğuları və digər fənlər üzrə müasir biliklər
Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində aviasiyada, dəmiryolunda, gəmiçilikdə, avtomobil nəqliyyatında və eləcə də sənayenin bütün sahələrində avtomatlaşdırma sistemlərinin və qurğularının layihələndirilməsi və istismarında müasir kompüter və informasiya texnologiyalarının tətbiqi, sahə üzrə tələb olunan proqram təminatından istiadə olunması, avtomatlaşdırma sistemlərinin və qurğularının diaqnostikasının aparılması, yaranmış nasazlıqları aşkar edərək onların aradan qaldırılması, avtomatlaşdırma avadanlıqları və qurğuları istehsal edən qabaqcıl şirkətlərin və müəssisələrin verilənlər bazasından səmərəli istifadə edilməsi, onların əsasında tələb olunan sistemlərin layihələndirilməsi və sahə müəssisələrində texnoloji proseslərin idarə edilməsi ilə məşğul olacaqlar.
Bu geniş mühəndis profilli ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiyada, dəmiryolunda, gəmiçilikdə, avtomobil nəqliyyatında və sənayenin muxtəlif təyinatlı sahələrində, o cumlədən ümumi və xüsusi təyinatlı istehsal sahələrində, qurğuların və mürəkkəb elektron-idarəetmə sistemlərinin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-konstruktor, mühəndis-elektronçu və mühəndis-proqramçı kimi yuksək reytinqli vəzifə və peşələrdə calışmaq imkanına malik olacaqlar.