3350.01 – Daşınma proseslərinin idarə edilməsi
İxtisasın formulu
“Daşıma proseslərinin idarə olunması” – ixtisasının mövzusu: nəqliyyat proseslərində və nəqliyyat-logistika sistemlərindəki qanunauyğunluqların tədqiq olunması, daşıma proseslərinin idarə olunması və təşkil edilməsində mövcud texniki və texnoloji həll yollarının təkmilləşdirilməsi və yenilərinin işlənilməsi.
İxtisasın obyekti
İxtisasın obyekti: nəqliyyat-logistika sistemi, bu sistemin strukturu və müəssisələri, nəqliyyat və informasiya axınları, nəqliyyatda logistika idarəetmə sistemləri, daşıma təhlükəsizliyinin təmin olunması üçün müxtəlif qurğular.
Tədqiqat sahələri
- Nəqliyyat axınlarını planlaşdırılması, təşkili və idarə olunması
- Nəqliyyat proseslərinin texnologiyası
- Nəqliyyat-logistika sistemlərinin, onların strukturunun və müəssisələrinin inkişafı
- Müxtəlif nəqliyyat növləri arasınadakı qarşılıqlı əlaqə (multimodal və intermodal daşımalar), daşımaların təşkil olunmasında dövlətlərarası əməkdaşlıq
- Nəqliyyat ekspedisiya işləri, logistika və servis
- Hərəkət təhlükəsizliyinin təmin olunması sistemləri və metodologiyaları
- Daşıma proseslərinin idarə olunması üçün zəruri sistemlər, onların qurulması və sınanması metodları
- Texniki vasitələr, nəqliyyat texnoloji proseslərin idarə olunması və nəzarət etmə sistemləri, onların standartlaşdırılması və sertifikatlaşdırılması
Əlaqəli ixtisaslar
3327.01 – Nəqliyyat sistemləri texnologiyası
3352.01 – Hava nəqliyyatının istismarı
Elmi dərəcələrin verildiyi elm sahəsi
Texniki elmlər