3352.01 – Hava nəqliyyatının istismarı
İxtisasın formulu
“Hava nəqliyyatının istismarı” ixtisasının məzmunu aviasiya texnikasının təyinatı üzrə istifadə, istifadəyə hazırlıq, texniki və texnoloji xidməti, təmiri, nəql edilməsi, saxlanılması, hesabdan silinməsi və utilizasiyası proseslərinin səmərəliyinin və keyfiyyətinin artırılması, hava nəqliyyatı obyektlərinin texniki-istismar xüsusiyyətlərinin təkmilləşdirilməsi üzrə kompleks problem və məsələlərdən ibarətdir.
Tədqiqat obyektləri
- Hava gəmiləri, aviasiya mühərrikləri, hidromexaniki sistemlər, avionika, elektrik avadanlıqları və hava gəmilərinin digər funksional sistemləri, yerüstü aviasiya texnikası.
- Aviasiya texnikasının texnoloji, texniki xidməti və təmiri ilə əsaslı məşğul olan aviasiya müəssisələri.
Göstərilən ixtisasın elmi-paktiki əhəmiyyəti uçuşların təhlükəsizliyinin və hava gəmisinin rəqabət qabiliyyətinin, hava nəqliyyatının istismarının səmərəliliyinin artırılması üzrə yeni vasitə, texnologiya və üsulların işlənib hazırlanmasından ibarətdir.
Tədqiqat sahələri
- Hava gəmiləri parkının strukturu və tərkibinin, aviaxətlər şəbəkəsinin, aviaşirkətlərin və texniki-material təminatı sisteminin analizi və proqnozlaşdırılması.
- Uçuşların təhlükəsizliyinin təminatı vasitələri üzrə mühəndis – aviasiya üsullarının, aviasiya hadisələri və insidentlərinin araşdırılması üzrə metodoloji əsasların işlənib hazırlanması.
- Hava gəmilərinin və onların funksional sistem və komplekslərinin istismar səmərəliyinin artırılması üsullarının, aviasiya texnikasının iş prosesinin və istismar təminatının yerüstü vasitələrinin təkmilləşdirilməsi.
- Hava nəqliyyatı obyektlərinin istismar proseslərinin idarə olunması və sistem analizi.
- Hava nəqliyyatı obyektlərinin istismarının sistem və texnoloji prosesləri, təşkili forma və üsullarının təkmilləşdirilməsinin nəzəriyyə və metodologiyasının inkişafı.
- Yeni yaradılan və təmir olunmuş aviasiya texnikası üzrə aviasiya qaydalarının və tələblərin əsaslandırılması üsullarının işlənməsi. Aviasiya texnikasının və hava nəqliyyatı obyektlərinin sertifikasiya üsullarının təkmilləşdirilməsi.
- Aviasiya müəssisələrinin idarə edilməsi və planlaşdırılması, fəaliyyət səmərəliyinin artırılması, hava nəqliyyatının istismar proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının üsul və vasitələrinin təkmilləşdirilməsi.
- Aviasiya texnikasının texniki xidməti və təmirinin optimal strategiyalarının, rejim və proqramlarının seçimi və əsaslandırılması.
- Aviasiya texnikasının texniki vəziyyətinin və metroloji təminatın diaqnostikası və proqnozunun üsul və vasitələrinin təkmilləşdirilməsi.
- Hava nəqliyyatının istismarı sistemində həyat fəaliyyətinin təhlükəsizliyinin təmini və erqonomika problemlərinin tədqiqi.
- Hava gəmilərinin istismarı prosesində uçuşa yararlılığının saxlanması və təminatının elmi əsaslarının və üsullarının işlənməsi.
- Aviasiya texnikasının istismar-texniki xarakteristikalarının səviyyəsinin qiymətləndirilməsi modellərinin və analizi üsullarının işlənməsı.
- Aviasiya texnikasının etibarlılığının, yararlılığa nəzarətinin, istismar və təmir texnolojiliyinin artırılması usullarının işlənməsi.
- Aviasiya texnikasının texniki xidmət və təmirinin optimal sistemlərinin formalaşdırılmasının nəzəri və metodiki əsasları.
- Aviasiya texnikasının iş qabiliyyətinin bərpası üzrə üsul və texnoloji proseslərin işlənməsi.
- Aviasiya texnikasının istismarının idarə edilməsi proseslərinin informasiya təminatının üsul və vasitələrinin işlənməsi.
- Hava nəqliyyatının istismarı zamanı resursqoruyucu və ekoloji təmiz texnologiyaların işlənməsı.
- Hava gəmilərinin uçuş yararlılığı sərhədlərinin və onların gözlənilən istismar şəraitinin genişləndirilməsinin elmi əsaslarının və üsullarının işlənməsı.
- Hava nəqliyyatı obyektlərinin resurslarının və xidmət müddətinin müəyyən edilməsi və artırılması nəzəriyyəsinin, metodologiyasının və praktikasının inkişaf etdirilməsi.
- Aviasiya heyətinin hazırlıq, yenidən hazırlıq, ixtisasartırma, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi.
- Hava nəqliyyatının icazəsiz müdaxilədən mühafizəsinin sistem və üsullarının işlənməsi.
Əlaqəli ixtisaslar
3351.01 – Naviqasiya və havada hərəkətin idarə edilməsi
3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı
3324.05 – Uçan aparatların və onların sistemlərinin sınağı, onlara nəzarət
Elmi dərəcələrin verildiyi elm sahəsi
Texnika elmləri