TEXNİKA ELMLƏRİ

3352.01 – Hava nəqliyyatının istismarı

İxtisasın formulu

“Hava nəqliyyatının istismarı” ixtisası­nın məzmunu aviasiya texnikasının təyi­natı üzrə istifadə, istifadəyə hazırlıq, texniki və texnoloji xidməti, təmiri, nəql edilməsi, saxlanılması, hesabdan silinməsi və utiliza­siya­sı proseslərinin səmərəliyinin və key­fiy­­yə­tinin artırılması, hava nəqliyyatı ob­yekt­­­lərinin texniki-istismar xüsusiy­yət­lə­rinin təkmilləşdirilməsi üzrə kom­pleks problem və məsələlərdən ibarət­dir.

Tədqiqat obyektləri

  1. Hava gəmiləri, aviasiya mühər­rik­ləri, hidromexaniki sistem­lər, avio­ni­ka, elektrik avadanlıqları və  hava gəmilərinin digər funksional sis­tem­­ləri, yerüstü aviasiya texnika­sı.
  2. Aviasiya texnikasının texnoloji, texniki xidməti və təmiri ilə əsaslı məşğul olan aviasiya müəssisələri.

Göstərilən ixtisasın elmi-paktiki əhəmiyyəti uçuşların təhlükəsizliyinin və hava gəmisinin rəqabət qabiliy­yə­ti­nin, hava nəqliyyatının istismarının səmərə­lili­yi­nin artırılması üzrə yeni vasitə, texno­lo­giya və üsulların işlənib hazırlanmasından ibarətdir.

Tədqiqat sahələri

  1. Hava gəmiləri parkının strukturu və tərkibinin, aviaxətlər şəbəkəsinin, avia­şir­kətlərin və texniki-material təminatı sisteminin analizi və proqnoz­laş­dı­rıl­ması.
  2. Uçuşların təhlükəsizliyinin təminatı vasi­tələri üzrə mühəndis – aviasiya üsullarının, aviasiya  hadisələri və insidentlərinin araşdırılması üzrə meto­do­loji əsasların işlənib hazırlanması.
  3. Hava gəmilərinin və onların funksional sistem və komplekslərinin istismar səmə­rəliyinin artırılması üsullarının, avia­siya texnikasının iş prosesinin və istis­mar təminatının yerüstü vasitə­lə­ri­nin təkmilləşdirilməsi.
  4. Hava nəqliyyatı obyektlərinin istismar proseslərinin idarə olunması və sistem analizi.
  5. Hava nəqliyyatı obyektlərinin istis­ma­rı­nın sistem və texnoloji prosesləri, təş­ki­li forma və üsullarının tək­mil­ləş­di­ril­mə­­sinin nəzə­riy­yə və ­metodologiyası­nın inkişafı.
  6. Yeni yaradılan və təmir olunmuş avia­si­ya texnikası üzrə aviasiya qay­da­la­rı­nın və tələblərin əsaslandırılması üsul­la­rının işlənməsi. Aviasiya texnikasının və hava nəqliyyatı obyektlərinin ser­ti­fi­ka­siya üsul­la­rının təkmilləşdirilməsi.
  7. Aviasiya  müəssisələrinin idarə edil­mə­si və planlaşdırılması, fəaliyyət səmərə­li­yinin artırılması, hava nəqliyyatının istis­mar proseslərinin mexanik­ləş­di­ril­mə­si və  avto­mat­laşdırıl­ma­sının üsul və vasitələrinin təkmilləşdirilməsi.
  8. Aviasiya texnikasının texniki xidməti və təmirinin optimal strategiyalarının, rejim və proqramlarının seçimi və əsas­lan­dı­rıl­ması.
  9. Aviasiya texnikasının texniki vəziy­yə­ti­nin və metroloji təminatın diaqnostikası və proqnozunun üsul və vasitələrinin tək­mil­ləş­dirilməsi.
  10. Hava nəqliyyatının istismarı sistemində həyat fəaliyyətinin təhlükəsizliyinin təmini və erqonomika problemlərinin tədqiqi.
  11. Hava gəmilərinin istismarı prosesində uçuşa yararlılığının saxlanması və təmi­natının elmi əsaslarının və üsullarının işlənməsi.
  12. Aviasiya texnikasının istismar-texniki xarak­te­ris­tikalarının səviyyəsinin qiy­mət­lən­di­ril­məsi modellərinin və  ana­li­zi üsullarının işlənməsı.
  13. Aviasiya texnikasının etibarlılığının, yararlılığa nəzarətinin, istismar və təmir texnolojiliyinin artırılması usul­la­rı­nın işlənməsi.
  14. Aviasiya texnikasının texniki xidmət və təmirinin optimal sistemlərinin forma­laşdırıl­ma­sı­nın nəzəri və metodiki əsasları.
  15. Aviasiya texnikasının iş qabiliyyətinin bərpası üzrə üsul və texnoloji proses­lə­rin  işlənməsi.
  16. Aviasiya texnikasının istismarının idarə edilməsi proseslərinin informasiya təmina­tının üsul və vasitələrinin işlənməsi.
  17. Hava nəqliyyatının istismarı zamanı resursqoruyucu və ekoloji təmiz texno­lo­giyaları­n  işlənməsı.
  18. Hava gəmilərinin uçuş yararlılığı sərhəd­lərinin və onların gözlənilən istismar şəraitinin genişləndirilməsinin elmi əsaslarının və üsullarının işlən­məsı.
  19. Hava nəqliyyatı obyektlərinin resurs­la­rının və xidmət müddətinin müəyyən edilməsi və artırılması nəzəriyyəsinin, meto­do­lo­gi­ya­sının və praktikasının inkişaf etdirilməsi.
  20. Aviasiya heyətinin hazırlıq, yenidən hazırlıq, ixtisasartırma, sertifikatlaş­dır­ma sistemi­nin təkmilləşdirilməsi.
  21. Hava nəqliyyatının icazəsiz müdaxilə­dən mühafizəsinin sistem və üsullarının işlənməsi.

Əlaqəli ixtisaslar

3351.01 – Naviqasiya və havada hərəkətin idarə edilməsi

3324.04 – Yerüstü komplekslər, buraxılış ava­dan­­lıq­la­rı, uçan aparatların və onların sis­tem­lərinin istismarı

3324.05 – Uçan aparatların və onların sistem­lə­rinin sınağı, onlara nəzarət

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texnika elmləri

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.