TEXNİKA ELMLƏRİ

3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları

İxtisasın formulu

“Radiotexnika, radionaviqasiya, radiolokasi­ya və televiziya sistemləri və qurğuları” – radiorabitə, radionaviqasiya, radiolokasiya və televiziya vasitələrində, həmçinin biologiyada, təbabətdə, metrologiyada, sənaye texnologiya­sında informasiyanın verilməsi, qəbulu, ayrıl­ma­sı və dağıdılması üçün radiodalğaları istifadə edən elm və texnika sahəsi olub, özün­də tədqiqatları, işləmələri, müxtəlif məqsədli radio­tex­niki sistem və qurğuların layihə­lən­di­r­məsini və istismarını cəmləşdirir.

İxtisas onunla fərqlənir ki, radionaviqasiya, radiolokasiya, televiziya, multimedia və rabitə, radioidarə, radioelektron mübarizə sistem­lə­ri­nin, həmçinin digər xüsusi məqsədli sistemlərin və onların xalq təsərrüfatının müxtəlif sahə­lərində istifadə üsullarının elmi, texniki və texnoloji tədqiqatlarını və işləmələrini özündə ehtiva edir. İxtisas aşağıdakı məsələlər üzrə tədqiqatları nəzərdə tutur: yeni radiotexniki hadisələr nəzəriyyəsinin, yeni qurğuların nəzəriyyəsinin yaradılması, sistemlərin, qurğu­ların və onların elementlərinin yeni iş prinsiplərinin yaradılması, yeni radio­material­ların və komponentlərin, yeni layihələndirmə üsullarının yaradılması və etibarlığın təmin edilməsi, radioelektron qurğuların yeni texnoloji proseslərinin yaradılması və sınaqlarının aparılması üzrə tədqiqatlar.

Tədqiqat sahələri

  1. Radiotexniki sistem və qurğuların effektivliyini artırmağa imkan verən yeni radiotexniki proses və hadisələrin tədqiqi.
  2. Müxtəlif diapazonlu radiodalğaların mühitlərdən keçməsi, onların səpələnməsi və əks olunması hadisələrinin tədqiqi.
  3. Müxtəlif təyinatlı radiotexniki sistem və qurğularda radiosiqnalların formalaş­dırılması, generasiyası, güclənməsi və çevrilməsi üçün qurğuların işlənməsi. Onların hesabat metodi­ka­larının və layihələndirilməsinin əsaslarının yaradılması.
  4. Maneələrin təsiri şəraitində radiosiqnalların işlənməsinin və radiosiqnaldan infor­masiyanın ayrılmasının üsul və alqoritmlərinin tədqiqi və işlənməsi. Maneəyəda­vamlı sistem və qurğu­ların yaradılması. Müxtəlif təyinatlı radio­sis­temlərdə informasiyanın maneələrin köməyi ilə dağıdılması və müdafiəsi.
  5. Obyektlərin fəzada yerinin təyininin dəqiqliyini artırmaq məqsədi ilə radionaviqa­siya radiotexniki qurğularının (o cümlədən kosmik) işlənməsi və tədqiqi, və belə qurğuların xalq təsərrüfatında geniş tətbiqi.
  6. Təsir uzaqlığının, dəqiqliyin, ayırdetmə qabiliyyətinin, maneəyə davamlılığın və maneədən müdafiəliyin artırılması məqsədi ilə yeni radiolokasiya sistem və qurğularının işlənməsi və tədqiqi.
  7. İnformasiyanın verilmə keyfiyyətinin və maneəyədavamlığın artırılması məqsədi ilə yeni televiziya sistem və qurğularının işlənməsi və tədqiqi.
  8. Xüsusi təyinatlı radiotexniki sistem və qurğuların (o cümlədən radioidarə, radiomo­nitorinq və radioelektron mübarizə üçün) işlənməsi və tədqiqi.
  9. İnformasiyanın verilməsi üçün radiotexniki sistem və qurğuların (o cümlədən radiorele və telemetrik), onların buraxma və maneədən müdafiə qabiliyyətinin artırılması məqsədi ilə işlənməsi və tədqiqi.
  10. İnformasiyanın verilməsi, qəbulu, işlənməsi və əks etdirilməsi üçün radioelektron qurğu­ların işlənməsi. Radiotexniki sistem və qurğularda obyektlərin və təsvirlərin aşkar­lan­ması və öyrənilməsi üçün neyron şəbəkə­lə­rin­dən istifadə etməklə perspektiv informasiya texnologiyalarının (o cümlədən rəqəmli) işlənməsi.
  11. Sintez və analiz nəzəriyyəsinin, həmçinin radio­elektron sistem və qurğuların model­ləşdirmə üsullarının yaradılması.
  12. Radiotexniki sistem və qurğuların layihə­lən­di­ril­məsinin, konstruksiya edilmə­si­nin, isteh­sa­lat və sınaq texnologiyasının elmi və texniki əsaslarının işlənməsi.
  13. İstehsalatda, biologiyada, təbabətdə, metro­lo­gi­yada və s. istifadə üçün radiotexniki qurğuların işlənməsi.

Əlaqəli ixtisaslar

3361.01 – Bərk cisim elektronikası, radio­elek­tron komponentləri, mikro və nano­elek­tro­nika

3325.01 – Telekommunikasiya texnologiyası

3351.01 – Naviqasiya və havada hərəkətin idarə edilməsi

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texnika elmləri

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.