TEXNİKA ELMLƏRİ

3311.02 – Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları

İxtisasın formulu

“Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları” – elm və texnikanın təbii mühitə, maddələrə, materiallara və məmulatlara analitik və zədə­siz nəzarət metodlarının elmi əsaslarının yara­dıl­ması, göstərilən obyektlərə təkmil­ləş­di­ril­miş xarakte­ris­tika­lara malik ekoloji, analitik və zədəsiz nəzarət cihaz, vasitə və sistem­lə­ri­nin işlənməsi və tətbiqi ilə məşğul olan sahəsidir. Xalq təsərrüfatı üçün bu ixtisasın elmi və texniki prob­lem­lərinin həllinin əhə­miy­­yəti məhsulun və təbii mühitin key­fiy­yə­tinin artırılması, texno­gen obyektlərin təh­lükə­siz­li­yi­nin və onların xid­mət müddət­lə­ri­nin artırılması, avtomat­laş­dı­rıl­mış istehsal proses­lərinin genişlən­diril­mə­sin­dən ibarətdir.

Tədqiqat sahələri

  1. Təbii mühitə, maddələrə, materiallara və  məmulatlara analitik və zədəsiz nəza­rə­ti­n yeni metodlarının elmi əsas­lan­dı­rıl­ma­sı və mövcud metodların təkmilləşdirilməsi.
  2. Nəzarət obyektlərinin xüsusiyyətləri nəzə­rə alın­maqla analitik və zədəsiz nəzarət sistemi, cihaz­ları, vasitə və elementlərinin layihə­lən­di­ril­məsi və hesabatı metodları­nın optimal­laş­dı­rıl­ma­sı və işlənməsi.
  3. Təbii mühitə, maddələrə, materiallara və mə­mulatlara prototiplərlə müqayisədə daha üstün xarakteristikalara malik nəzarət cihaz, vasitə və sistemlərinin işlənməsi, tətbiqi və sınaqları.
  4. Təbii və texnogen obyektlərin ekoloji moni­to­rin­qinin lokal, regional və qlobal sistemləri üçün metodiki, texniki, cihaz və  informasiya təminatının işlənməsi.
  5. Təbii mühitə, maddələrə, materiallara və mə­mu­latlara nəzarət cihaz və vasitələrinin met­ro­loji təminatının işlənməsi, cihazların metroloji xarakteristikalarının optimal­laş­dı­rılması.
  6. İnformativ siqnalların emalı proseslərinin alqo­ritmik və proqram-texniki təminatı­nın işlən­məsi və nəticələrin nəzarət cihaz və vasitə­lərində verilməsi, nəzarət cihaz­la­rı­nın avtomatlaşdırılması.
  7. Nəzarət cihaz və vasitələrinin istismar pro­se­sin­də informativ və metroloji etibar­­lığının artırı­lması metodları, nəzarət cihaz­la­rı­nın diaqnostikası.

Əlaqəli ixtisaslar

3311.01 – Cihazqayırma texnologiyası

3336.01 – Metrologiya və metroloji təminat

3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texnika elmləri

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.