3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı
İxtisasın formulu
«Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı» – müxtəlif təbiətli fiziki hadisələrdən istifadə edən yerüstü komplekslər, buraxılış avadanlıqları və onların sistemlərinin imkanlarının artırılması, tətbiq effektivliyinin qiymətləndirilməsi və yüksəldilməsi üçün təbiət və texniki elmlərin qanunlarından və qanunauyğunluqlarının istifadəsinin nəzəri və praktiki problemlərinin tədqiqi ilə məşğul olan elm və texnika sahəsi olub, konstruksiyanın və istehsal texnolojiliyinin yaradılması, təkmilləşdirilməsi üzrə nəzəri əsaslandırmaları, elmi-texniki və eksperimental tədqiqatları özündə cəmləşdirir. Onun tərkibinə yerüstü komplekslərin və buraxılış avadanlıqlarının istismar və bərpa sistemlərinin əsaslandırılma, formalaşdırılma və təkmilləşdirilməsinin nəzəri və praktiki problemlərinin tədqiqatları, həmçinin təşkilati-texniki sistemlərin idarə edilməsi prosesinin, komplekslərin və onların sistemlərinin texniki təminatı və texniki vəziyyətinin optimallaşdırılması, verilmiş effektivlik göstəricilərinin, istismar-texniki xarakteristikalarının saxlanmasının təmin edilməsi, bütün növ təhlükəsizliyin təmin edilməsi, qəza hallarınınm modelləşdirilməsi və fəsadlarının aradan qaldırılması, nüvə-texniki və ekoloji təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsinə nəzarət məsələlərinin tədqiqatları daxildir. Bu ixtisasın elmi problemlərinin tədqiqinin nəticələri müasir yerüstü komplekslərin və buraxılış avadanlıqlarının, fundamental və tətbiqi elmlərin nailiyyətlərinin və yeni texnologiyaların, onların istismarının və təhlükəsiz tətbiqinin yeni üsullarının geniş tətbiqi əsasında təkmilləşdirilməsində və yenilərinin yaradılmasında istifadə olunur.
Tədqiqat sahələri
- Buraxılış avadanlığının və sistemlərinin və onların əsas bloklarının, qovşaqlarının və aqreqatlarının həyat tsiklinin müxtəlif mərhələlərində nəzəri və eksperimental tədqiqatları, texniki-iqtisadi analiz model və metodlarının işlənməsi, texniki və iqtisadi effektivliyinin qiymətləndirilməsi.
- Mövcud komplekslərin və buraxılış avadanlıqlarının təkmilləşdirilməsində və daha perspektivlilərinin yaradılmasında yeni fiziki prinsiplərin, texniki həllərin və texnoloji proseslərin istifadə olunmasının məqsədəuyğunluğunun və rasional yollarının müəyyən edilməsinin nəzəri və eksperimental üsullarının işlənməsi və təkmilləşdirilməsi.
- Buraxılış qurğularının və start komplekslərinin işi prosesində gərginlik-deformasiya vəziyyətinin hesabatı üsullarının, dinamik, akustik, qaz-dinamik və istilik-kütlə proseslərinin modelləşdirilməsinin tədqiqi, işlənməsi və təkmilləşdirilməsi.
- Zəruri taktiki-texniki xarakteristikaların (TTX) əldə olunması və ya məsələlərin həlli effektivliyinin yüksəldilməsi üçün müxtəlif təbiətli fiziki hadisə və proseslərdən istifadə edən sistem, blok və elementlərin kompleksləşdirilmə probleminin tədqiqi.
- Yerüstü komplekslərin və onların sistemlərinin nəzəri analizi, sintezi, strukturlarının və parametrlərinin modelləşdirilməsi və optimallaşdırılması üsullarının, işinin alqoritmik təminatının və TTX-larının işlənməsi və təkmilləşdirilməsi.
- Yerüstü komplekslərin və buraxılış avadanlıqlarının yaradılması və təkmilləşdirilməsi imkanlarının və texniki yollarının tədqiqi və onların taktiki, istismar, iqtisadi, erqonomik və ekoloji xarakteristikalarının yaxşılaşdırılması.
- Yerüstü komplekslərin və buraxılış avadanlıqlarının tələb olunan effektivlik səviyyəsinin təmin olunmasına yönəldilmiş yeni prinsiplərin, texniki əsasların, qurulma yollarının və texniki həllərin işlənməsi.
- Yerüstü komplekslərin və buraxılış avadanlıqlarının tətbiqinin, istismarının, onların utuluzasiyasının və ekoloji təhlükəsizliyinin təmin edilməsinin mövcud olan üsullarının təkmilləşdirilməsi və daha effektiv üsullarının işlənməsi. Uçan aparatların və buraxılış avadanlıqlarının tələb olunan ekoloji istismar şəraitinin yaradılması məqsədilə yanğın-partlayış təhlükəsizliyinin təmin edilməsinin, doldurma-drenaj sistemlərinin raket yanacağının toksik komponentlərinin buxar və axmalarının neytrallaşdırılmasının ən effektiv üsullarının işlənməsi və təkmilləşdirilməsi.
- Yerüstü komplekslərin və uçan aparatların buraxılış avadanlıqlarının istismar sistemlərinin və onların istismar-texniki göstəricilərinin proqram üzrə planlaşdırılması, əsaslandırılması, yaradılması, yoxlanılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə metodologiya və üsulların işlənməsi.
- Komplekslərin istismarının təşkilinin, nüvə-termik və ekoloji təhlükəsizliyin, həmçinin təşkilati-ştat struktur bölmələrin təminatının əsaslandırılmasının üsul və vasitələrinin tədqiqi və təkmilləşdirilməsi.
- Bütün məhvetmə (dağıtma, sıradançıxarma) vasitələrinin təsiri şəraitlərində komplekslərin effektiv tətbiq üsullarının, onların istismar və bərpa proseslərinin, iqtisadi amilləri nəzərə almaqla modelləşdirilmə üsullarının işlənməsi.
- Kompleks və buraxılış avadanlıqlarının texniki-iqtisadi və erqonomik xarakteristikalarının əsaslandırılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi, onların istismarının və bərpasının təhlükəsizliyi, həmçinin “insan-texnika” sisteminin işinin xüsusiyyətlərini nəzərə alan texniki təminat üzrə tədqiqatlar.
Sistemlərinin fəaliyyəti, həmçinin onların istismar-texniki xarakteristikaları, istismar amilləri, mühitin təsiri, köhnəlmə, korroziya, biozədələnmələr, yanacaq-sürtgü materialları, texniki qurğular nəzərə alınmaqla komplekslərin səmərəliliyinin tədqiqatları - Komplekslərin istismarı və bərpası prosesində istifadə olunan nəzarət üsul və vasitələrinin təkmilləşdirilməsi üzrə tədqiqatlar, texniki diaqnozlaşdırma üsul və vasitələrinin, o cümlədən yeni fiziki prinsiplərə əsaslanan avtomatlaşdırılmış ölçü və ekspert sistemlərinin, texnologiya və üsulların işlənməsi, istismar prosesində kompleks sistemlərinin texniki vəziyyətinin dəyişmə səbəblərinin müəyyən edilməsi, sistemlərin rasional tərkibinin, onların texniki xidməti və təminatının seçimi üsullarının işlənməsi.
- Raket-kosmik sistemlərin daşınması və qurulması zamanı dinamik proseslərin tədqiqi, start komplekslərinin nəqliyyat-quraşdırma avadanlığının hesabat və layihələndirilmə üsullarının işlənməsi və təmilləşdirilməsi.
- Komplekslərin qəza vəziyyətinin yaranma səbəblərinin tədqiqat və istifadə üsullarının işlənməsi.
- Zərbə raketlərinin və buraxılış avadanlıqlarının xarici dinamik təsirlərdən müdafiə vasitə və sistemlərinin işlənməsi və tədqiqi.
- Raket yanacağının aşağı və yüksək qaynama temperaturlu komponentlərinin temperatur və qaz tərkibi üzrə doldurulmasını, dozalaşdırılmasını və hazırlanmasını təmin edən yanacaqdoldurma sistem və aparatlarında hidrodinamik və istilik-kütlə mübadilə proseslərinin hesabatı və modelləşdirilməsi üsullarının işlənməsi.
- Uçan aparatların, buraxılış komplekslərinin qurğu və avadanlıqlarının temperatur-rütubət rejimlərinin təmini sistemləri və qurğularında proseslərin analizi və modelləşdirilməsi üsullarının tədqiqi və işlənməsi.
- Komplekslərin istismarı və bərpası, texniki təminatın təkmilləşdirilməsi üzrə xərclərin hesabatı və proqnozlaşdırılması üsullarının işlənməsi. Komplekslərin və onların sistemlərinin istismarı və bərpası sistemlərinin texniki-iqtisadi əsaslandırılması.
- Komplekslərin istismarı və bərpası, texniki təminatı, təhlükəsizliyin təmini və qəzaların fəsadlarının aradan qaldırılması məsələlərinin yerinə yetirilməsi zamanı tədris-təlim vasitələrinin əsaslandırılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə tədqiqatlar və onların istifadə səmərəliliyinin artırılması üsullarının işlənməsi.
Əlaqəli ixtisaslar
3324.03 – Uçan aparatların layihələndirilməsi, konstruksiyası və istehsalı;
3324.05 – Uçan aparatların və onların sistemlərinin sınağı, onlara nəzarət;
3324.06 – Uçan aparatların hərəkətinin dinamikası, ballistikası və idarə olunması;
3301.01 – Aviasiya texnologiyası və muhəndisliyi;
3352.01 – Hava nəqliyyatının istismarı;
3324.01 – Kosmik texnika;
3351.01 – Naviqasiya və havada hərəkətin idarə edilməsi.
Elmi dərəcələrin verildiyi elm sahəsi
Texnika elmləri