TƏDRİS-METODİKİ ŞÖBƏ

Tədris-metodiki şöbə haqqında

“Tədris-metodiki şöbə” (TMŞ) Milli Aviasiya Akademiyasının əsas struktur bölmələrindəndir. Şöbənin əsas funksiyası MAA-da tədris prosesinin planlanlaşdırılması, təşkili, koordinasiyası və nəzarətindən ibarətdir.

Tədris-metodiki şöbənin müdiri fizika-riyaziyyat elmləri namizədi, professor Bidzinova Sima Məmməd qızıdır.

Şöbənin əsas vəzifələri:

  • MAA-nın fakültələrində, kafedralarında, institut və mərkəzlərində tədris prosesinin və tədris-metodiki işlərin planlaşdırılması, yerinə yetirilməsinin təşkili və icrasına nəzarət;
  • MAA-nın ixtisaslarının tədris planlarının Ali Təhsilin Dövlət Standartlarına uyğunluğunun təmin edilməsi, ixtisasların tədris planlarının yoxlanılması, tədris sənədlərinin hazırlanması;
  • Tədris prosesinin təhsil proqramlarına və normativ sənədlərə uyğun təşkili, idarə olunması və yerinə yetirilməsinə nəzarət;
  • Fakültə və kafedralar tərəfindən tədris sənədlərinin, metodik materialların, dərs vəsaiti və dərsliklərin hazırlanmasının təşkili və yerinə yetirilməsinə nəzarət;
  • Fakültə və kafedralar tərəfindən elektron tədris resurslarının, təlim materiallarının, virtual laboratoriyaların və dərslərin, məsafədən tədrisin, online tədris kurslarının və s. yaradılmasının təşkili və yerinə yetirilməsinə nəzarət;
  • Tədris ili üçün dərs yükünün planlaşdırılması, bölgüsü və yerinə yetirilməsinə nəzarət;
  • Dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət, ixtisaslaşmış auditoriya, tədris-laboratoriya və təlim-trenajor fondunun uçotu və bölgüsü;
  • MAA-nın struktur bölmələri ilə tədris prosesinə aid işlərin qarşılıqlı əlaqədə təşkili və yerinə yetirilməsi;
  • MAA-nın dövlət akkreditasiyasına, aidiyyəti üzrə ölkədaxili və beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən sertifikasiyasına hazırlıqla əlaqədar işlərin yerinə yetirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
  • I kursa qəbul olmuş tələbələrin əmrlərinin hazırlanması, şəxsi işlərin qəbulu, aidiyyəti sənədlərin şəxsi işlərə daxil edilməsi;
  • Tədris prosesi və tələbələrə təqaüd verilməsi ilə bağlı əmrlərin hazırlanması;
  • Tələbələr sırasından xaric olunma, bərpa, köçürülmə, ixtisas dəyişmə, təkrar kursda saxlanılma, akademik məzuniyyət verilməsi və məzuniyyətdən qayıtmaqla bağlı sənədlərin hazırlanması və əmrləşdirilməsi;
  • Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili, onların keçirilməsi üçün müəssisələrlə müqavilələrin bağlanması, təcrübə əmrlərinin hazırlanması;
  • Tələbələrin hərbi qeydiyyatı, bununla bağlı müvafiq forma və məlumatların, əmrlərdən çıxarışların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şöbələrinə göndərilməsi;
  • İmtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvinin təşkili;
  • Bakalavr buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı təşkilati işlərin görülməsi;
  • Məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom və diploma əlavələrin, akademik transkriptlərin alınması, tərtibatı, qeydiyyatı və verilməsi;
  • Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və əmrləşdirilməsi;
  • İllik statistik hesabatların hazırlanması;
  • İcra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;
  • İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif ərizələrə, məktublara cavab hazırlanması.
  • Tələbə və məzunlarla əlaqəli elektron sistemlərin doldurulması, sistemlərə dövri sənədlərin yerləşdirilməsi və daxil olmuş sorğuların cavablandırılması

Tədris-metodiki şöbənin əməkdaşları:

  • Ravil Mürsəlov – şöbə müdirinin müavini

 

Metodistlər:

  • Azər Həsənov
  • Murad Qasımov
  • Aynur Səfərova
  • Səidə Rəhimova
  • Ərəb Eyvazov
  • Ceyhun Dadaşov

 

İnspektor:

  • Azadə Kəsəmənskaya

Əlaqə

(+994 12) 525 98 08 (26-29, 26-75, 24-16, 24-20, 20-17)

sbidzinova@naa.edu.az (Sima Bidzinova)

rmursalov@naa.edu.az (Ravil Mürsəlov)

asafarova@naa.edu.az (Aynur Səfərova)

mgasimov@naa.edu.az (Murad Qasımov)