ELANLAR

Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu” neft-qaz, neft-kimya və onunla əlaqədar digər sahələr üzrə Milli Aviasiya Akademiyasında (bundan sonra MAA) və/və ya MAA ilə əməkdaşlıq edən elmi-tədqiqat və tədris müəssisələrində çalışan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə 2023-cü il üçün müsabiqə elan edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Elmi Tərəqqi Fondu” tərəfindən elmi layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqənin