ETNAPİ

Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu

Azərbaycan Respublikası Mülki Aviasiyasının aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyini təmin edən hava və yerüstü vasitələrin və sistemlərin yaradılması və tətbiqi, “AZAL” Dövlət Konsernin aviamüəssisələrinin fəaliyyətini tənzimləyən normativ sənədlərin işlənməsi məqsədi ilə 17 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 494 №-li qərarı və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin 10 №-li, 31 yanvar 1994-cü tarixli əmri əsasında 1 fevral 1994-cü ildə Milli Aviasiya Akademiyası nəzdində təcrübi istehsalatla birlikdə Elmi-Tədqiqat Aviasiya İnstitutu yaradılmışdır. 2009-cu ildə ETAİ-nin adı dəyişdirilərək Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) adlandırılmışdır.

2020-ci ildən etibarən ETNAPİ-yə f.r.e.n. Aydın Ərəstun oğlu Musayev rəhbərlik edir.

Aydın Musayev 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsini bitirmişdir. Milli Aviasiya Akademiyasında əmək fəaliyyətinə 1997-ci ildən Yeni texnika və texnologiyanın işlənməsi şöbəsinin rəisi vəzifəsində başlamışdır. Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyalarının müxbir üzvüdür. Aydın Musayev 36 elmi məqalənin və 4 patentin müəllifidir.

A.Ə.Musayevin rəhbərliyi altında mikroprosessor texnikası əsasında yaradılmış 15-dən çox qurğu Azərbaycan Respublikasının sənaye müəssisələrində tətbiq edilir və bir çoxları seriyalı istehsal olunur.

Əlaqə

(+994 12) 497 26 32

etnapi@naa.edu.az

Foto Qalereya