IATA İNSTİTUTU

IATA İnstitutu haqqında

Biz 7 oktyabr 2013-cü il tarixindən etibarən, Azərbaycanın Milli Aviasiya Akademiyasının IATA səlahiyyətli Tədris Mərkəzi (IATA İnstitutu) kimi fəaliyyət göstəririk. Bu status bizə Azərbaycan, rus və ingilis dillərində IATA kursları təklif etmək hüququnu verir. Kurslar IATA tərəfindən təsdiq olunmuş yüksək ixtisaslı təlimatçılar tərəfindən tədris olunur.

IATA-ya qeydiyyat və imtahan qaydaları

Kursda iştirak etmək və IATA dinləyicisi olaraq qeydiyyatdan keçmək üçün təlim formasından asılı olmayaraq (qrup içində və ya fərdi şəkildə), IATA Səlahiyyətli İnstitutu ilə müqavilə imzalanmalı və kurs üçün ödəniş edilməlidir.

Azərbaycanda IATA-nın imtahanları ildə dörd dəfə keçirilir və müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş şəxslərə imtahanda iştirak etmək hüququ verilir.

Tədrisin ödənişinə aşağıdakılar daxildir:

  • Tədris kursu.
  • IATA qeydiyyatı.
  • İngilis dilində təlim materiallarının dinləyicilərə çatdırılması.
  • İmtahanlar (iki cəhd).

IATA Tədris Proqramı

Tədris materialları ingilis dilində dinləyicilərə təqdim olunur, bununla belə, materialları daha yaxşı mənimsəmək və imtahandan müvəffəqiyyətlə keçmək məqsədi ilə kurslar dinləyicilərin istəyini nəzərə alaraq Azərbaycan, rus və ya ingilis dillərində aparıla bilər, lakin yekun imtahanın yalnız ingilis dilində keçirilməsi məcburi xarakter daşıyır. Tədris materialları ya müstəqil şəkildə, ya da təlimatçının rəhbərliyi ilə mənimsənilir. İmtahanı müvəffəqiyətlə verən dinləyicilər beynəlxalq səviyyəli sertifikat əldə edirlər!

Fəaliyyət dövründə IATA İnstitutunda 2000-dən artıq mütəxəssis təlim keçərək, sertifikatlar əldə etmişlər. Nəticə etibarilə, IATA İnstitutunda bu kurslara yiyələnən gənc mütəxəssislər gələcək fəaliyyətlərində ixtisaslı kadrlara lazım olan bilik və bacarıqlar əldə edirlər.

IATA İnstitutunda kursların keçirilməsi üçün auditoriyalar, əlavə müzakirələr üçün briefing otağı və istirahət üçün coffee break otağı fəaliyyət göstərir. Kurslar Milli Aviasiya Akademiyasında əvvəlcədən təyin olunmuş qrafik üzrə tədris olunur və yekunda imtahan təşkil olunur. İmtahan nəticələrinə əsasən dinləyicilər uyğun sertifikatlarla təmin olunurlar.

IATA İnstitutunda tədris olunan kurslar:

  1. Təhlükəli yüklərin hava nəqliyyatı ilə (daşınması Transportation of Dangerous Goods by Air)
  2. Beynəxlalq Yük Daşımaları (Cargo Introductory)
  3. Aviasiya Təhlükəsizliyinin Əsasları (Aviation Security Awareness)
  4. Canlı Heyvanların Daşınması (Live Animals Regulations)
  5. Təchizat Zənciri və Nəqliyyat Növləri (Supply Chain and Transport Modes)
  6. Hava Yükdaşımalarının Marketinqi (Air Cargo Advanced Marketing)
  7. Kabin Heyətinin Təlimi (Cabin Crew Training)
  8. Yerüstü Sərnişin Xidməti (Passenger Ground Service)

IATA İnstitutunun əməkdaşları:

  • Nurad Ağayev – İATA institutunun icraçı direktoru
  • Dürdanə Ismayılova – İATA beynəlxalq əlaqələr üzrə mütəxəssis

IATA İnstitutunun təlimatçıları:

  • Mübariz Əliyev – Aviasiya Təhlükəsizliyi üzrə təlimatçı
  • Polad İsmayılov – Təhlükəli Yüklərin Daşınması üzrə təlimatçı
  • Adil Gasımov – Air Cargo Diploma üzrə təlimatçı
  • Sabinə Mirzəyeva – Aviasiya Təhlükəsizliyi üzrə təlimatçı
  • Arif Eyvazov – Təhlükəli Yüklərin Daşınması üzrə təlimatçı
  • Fidel Paşayev – Təhlükəli Yüklərin Daşınması üzrə təlimatçı
  • Hüseyn Əhmədov – Aviasiya Təhlükəsizliyi üzrə təlimatçı
  • Şölə Nuriyeva – Aviasiya Təhlükəsizliyi üzrə təlimatçı

Əlaqə

(+994 12) 525 98 08 (29-68)

(+994 50) 515 04 19

naghayev@naa.edu.az (Nurad Ağayev)