İNFORMASİYA TEXNOLOGİYALARI MƏRKƏZİ

İT Mərkəzi haqqında

Milli Aviasiya Akademiyasının «İnformasiya Texnologiyaları Mərkəzi»  2020-ci ildə «Hesablama Mərkəzi» əsasında təsis olunmuşdur.

İT Mərkəzinin əsas vəzifəsi tədris prosesinə, MAA-nın inzibati və təsərrüfat fəaliyyətinə müasir informasiya texnologiyalarını tətbiq etməkdən ibarətdir.

Fakültələrin, kafedraların və MAA-nın infrastrukturuna daxil olan bütün mərkəz və  idarələrin lazımi internet resursları ilə təmin edilməsi, informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və təyinatı üzrə istifadəsinə nəzarət də İT mərkəzin əsas vəzifələrinə aid edilir.

Lokal kompüter şəbəkəsinin və şəbəkə avadanlığının texniki dəstəyi, MAA-nın rəsmi veb saytının daim yenilənməsi və müasir tələblərə cavab verməsi, həmçinin tələbələr üçün kompüterləşdirilmiş semestr test imtahanlarının təşkili və aparılması da İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir.

Son bir il ərzində Milli Aviasiya Akademiyasının lokal şəbəkəsi yenidən işlənmiş, müasir şəbəkə avadanlıqları ilə tam təchiz edilmiş,  müasir kommunikasiya tələblərinə cavab verən IP telefoniya xidməti istifadəyə verilmişdir.

İT Mərkəzinin əməkdaşları:

  • İnara Heydərova – Direktor
  • İslam Babayev – Mühəndis-proqramlaşdırıcı
  • Tural Sadıqov – Mühəndis-proqramlaşdırıcı
  • Tural Əhmədov – Mühəndis-proqramlaşdırıcı
  • Hüseyn Bayramov – Mühəndis-proqramlaşdırıcı
  • Hüseyn Nəcəfli – Mühəndis-proqramlaşdırıcı
  • Şəmistan Mikayılzadə – Mühəndis-elektronçu
  • Elnur Dadaşov – Mühəndis-elektronçu
  • Anar Novruzov – Mühəndis

Əlaqə

(+994 12) 525 98 08 (98-15)

Foto Qalereya