TEXNİKİ XİDMƏT MƏKTƏBİ

Texniki Xidmət Məktəbi haqqında

Milli Aviasiya Akademiyasının Texniki Xidmət Məktəbi hava gəmilərinə texniki xidmət personalının hazırlığı üzrə Azərbaycanın Aviasiya Qaydalarının AAQ-147 tələbləri əsasında fəaliyyət göstərən ixtisaslaşmış tədris müəssisəsidir. Hava gəmilərinə texniki xidmət  “Hava gəmisinə texniki xidmət üzrə personalın Şəhadətnaməsi”-nə malik şəxslər tərəfindən yerinə yetirilir.  AAQ-66-nın tələblərinə uyğun olaraq bu texniki personal aşağıda göstərilən kateqoriyalara bölünür:

A Kateqoriyası – hava gəmilərinə texniki xidmət göstərən və məhdud sayda işlərin (əsasən sadə defektlərin aradan qaldırılması və vizual yoxlamalar) yerinə yetirilməsinə icazəsi olan aviatexnik kateqoriyasıdır;

B1 Kateqoriyası – uçuş aparatlarına və aviasiya mühərriklərinə (təyyarənin planeri, şassisi, mexaniki, hidravlik, pnevmatik, elektromexaniki, funksional və energetik sistemləri, güc qurğularının sistem və elementləri və s.) texniki xidmət göstərən aviatexnik – mexanik kateqoriyasıdır;

B2 Kateqoriyası – hava gəmilərinin elektrik, radio, cihaz avadanlıqlarına və elektronika qurğularına (enerji mənbələri, elektrik təchizatı, naviqasiya və rabitə avadanlıqları, uçuşun avtomatik idarəetmə sistemləri, bort kompüter qurğuları  və s.) texniki xidmət göstərən aviatexnik – avionik kateqoriyasıdır;

C Kateqoriyası – Hava Gəmisinin Baza/Vaxtaşırı Texniki xidmətindən sonra istismara (uçuşa) buraxılması haqqında qərar verən texniki xidmət personalıdır.

Milli Aviasiya Akademiyasının Texniki Xidmət Məktəbi aviatexniklərin B1/B2 kateqoriyaları üzrə hazırlığı kurslarının və bu kateqoriyalara uyğun Modullardan imtahanlarının təşkil edilməsi istiqamətində fəaliyyət göstərir. Kursları müvəffəqiyyətlə bitirmiş və yaxud Modullar üzrə imtahanlardan uğurlu nəticələr əldə etmiş şəxslərə AAQ-147 qaydalarının tələblərinə uyğun xüsusi sertifikat verilir.

Bu sertifikat Dövlət Mülki Aviasiya Agentlyi tərəfindən verilən “Hava gəmisinə texniki xidmət üzrə personalın Şəhadətnaməsi”-nin alınması üçün əsas şərtlərdən biridir.

AAR 66 Modulları üzrə imtahanda iştirak etmək istəyənlərin nəzərinə!!!

Milli Aviasiya Akademiyası Texniki Xidmət üzrə Təlim və İmtahan Təşkilatında (TXM) keçiriləcək AAR-66 Modulları üzrə imtahanda iştirak etmək üçün aşağıdakı linkdə yerləşdirilmiş formanı yükləyərək müvafiq qaydada doldurmaq lazımdır.

Təşkilatlar üçün imtahana müraciət forması (yükləmə linki)

Fərdi qaydada imtahana müraciət forması (yükləmə linki)

Formanın doldurulması zamanı aşağıda qeyd edilənləri nəzərə almanızı xahiş edirik. 

  • Hər bir Modul üzrə imtahanda iştirak üçün ayrıca forma doldurulmalıdır, bir forma ilə yalnız bir Modul üzrə imtahana müraciət etmək olar; 
  • Mürəciət təşkilat tərəfindən edildiyi təqdirdə imtahanda iştirak üçün bir neçə şəxsin adı qeyd edilə bilər; 
  • Müraciət, qeyd edilmiş Modul üzrə imtahanda ilk cəhd olmadığı halda, müraciət edən şəxs və yaxud təşkilat bundan əvvəlki cəhdin tarixini qeyd etməlidir;
  • Hər bir iştirakçının şəxsiyyət vəsiqəsinin yaxud passportunun nömrəsi qeyd edilməlidir;

Doldurulmuş formalar, poçtla və yaxud “e-mail” vasitəsilə formanın özündə qeyd edilən ünvanlara göndərilməlidir. 

Məlumat üçün bildirmək istərdik ki, 1 (bir) Modul üçün 1 (bir) nəfərə imtahanda iştirak haqqı 120 AZN (ƏDV Daxil) təşkil edir.  Forma doldurulub bizə göndərildikdən sonra ödəniş üsulları, müvafiq hesab faktura və digər zəruri məlumatlar müraciətçiyə yönləndiriləcək.

Əlaqə

(+994 12) 525 98 08 (37-69)

framazanova@naa.edu.az

(Fatimə Ramazanova – Təlimlər üzrə mütəxəssis)

Foto Qalereya