ELMİ-İSTEHSALAT BİRLİYİ

Təcrübə-Sınaq İstehsalatı

Təcrübə-sınaq istehsalatı şöbəsi 1996-cı ildə yaradılmışdır. Yaradıldığı gündən Təcrübə-sınaq istehsalatına Əbdürəhim Yusif oğlu İbrahimov rəhbərlik edir.

Təcrübə-sınaq istehsalatı aşağıdakı sahələrə bölünür:

  • mexaniki yığma;
  • alət;
  • montaj;

Yaradıldığı müddət ərzində Təcrübə-sınaq istehsalatı trapların, hündür nərdivanların (təyyarələrə texniki xidmət göstərilməsi üçün), qoşquların, stablizatorların, kronşteynlərin, qızdırıcıların və s. avadanlıqların hazırlanmasını, həmçinin neft avadanlıqlarının ehtiyat hissələrinin istehsalı üzrə və MAA-nın ehtiyacı üçün bütün daxili işləri həyata keçirir.

Montaj sahəsi tərəfindən ölçü cihazlarının, çap platalarının yığılması və montajı həyata keçirilmişdir. Hal-hazırda isə neft çıxarılması üçün dirsəkli val mexanizminin idarəetmə şitlərinin yığılması davam etdirilir.

Keçən on il ərzində Təcrübə-sınaq istehsalatı tərəfindən  Özbəkistan Hava Yolları, Naxçıvan Beynəlxalq Aeroportu, “Sənayeavtomatika” İB, “AMAKO” İB, İdman və Gənclər Nazirliyi (respublikamızda keçirilən bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlarda iştirak etdiyimizə görə diplomla mükafatlandırılmışıq) ilə bağlanmış müqavilələr əsasında texniki avadanlıqlar yaradılmış və istismara verilmişdir.

Təcrübə-sınaq istehsalatı sahəsində Dövlət Yol Polis İdarəsinin sifarişı ilə ETNAPİ əməkdaşları tərəfindən yaradılmış 1050 ədəd  İFK-16M tipli işıqforların idarəetmə qurğusu istehsal olunmuşdir.

Hal-hazırda işıqlandırmanın işıqdiod (svetodiod) mənbələri üçün istehsala hazırlığı üzrə işlər aparılır.

*Modul tipli Sutəmizləyici (STQ-1) qurğu Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunda layihələndirilmiş, Uyğunluq Sertifikatı alınmış və “Retro” İnşaat Sənaye şirkəti tərəfindən istehsalı təşkil olunmuşdur.

Əlaqə

(+994 12) 525 98 08 (21-34); (23-54)