Aerokosmik fakültə

Aerokosmik fakültə

Milli Aviasiya Akademiyasının «Aerokosmik» fakültəsi 2008-ci ildə yaradılmışdır.

Fakültə dekanı vəzifəsini f.-r.e.n., dosent Sevda Xasay qızı Ağayeva icra edir.

«Aerokosmik» fakültənin yaradılmasında əsas məqsəd aerokosmik sahə, eləcə də iqtisadiyyatın və sənayenin, elm və texnikanın müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

«Aerokosmik» fakültədə təhsil alan tələbələrə fundamental riyazi biliklər əsasında müasir informasiya-kommunikasiya texnologiyaları, proqramlaşdırma dilləri, idarəetmə və şəbəkə texnologiyaları, layihələndirmənin üsul və metodları, informasiya-ölçmə və əməliyyat sistemləri, avtomatlaşdırılmış hesablama kompleksləri və bir sıra digər istiqamətlər üzrə biliklər verilir. Bunların əsasında tələbələr aerokosmik sahənin obyektləri olan hava gəmiləri, aviasiya və raket texnikası, kosmik aparatlar və peyklər, pilotsuz uçuş aparatlarının bort və yerüstü informasiya-idarəetmə sistemləri, hava nəqliyyatının hərəkətinə və uçuşlara avtomatlaşdırılmış nəzarət kompleksləri, uçuş informasiyasının toplanması, ötürülməsi, qəbulu və emalı, həmçinin Yerin məsafədən aerokosmik monitorinqi, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması üzrə mütəxəssislər kimi formalaşırlar.

Məzunlar aerokosmik və nəqliyyat sahələri ilə yanaşı iqtisadiyyatın və sənayenin müxtəlif sahələrində, İKT sektorunda, bank və kommersiya təşkilatlarında uğurla çalışırlar. Fakültənin məzunları eyni zamanda MAA-nın, ölkəmizin, eləcə də xarici dövlətlərin universitetlərinin magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir, bir sıra ölkədaxili və xarici şirkətlərdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Fakültədə 5 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Tədrisi Azərbaycan və rus dillərində aparılan bakalavriat ixtisasları üçün normativ təhsil müddəti 4 il, magistratura ixtisasları üçün 2 ildir; tədrisi eyni zamanda ingilis dilində aparılan «Kompüter mühəndisliyi» (bakalavriat) ixtisasının təhsil müddəti 5 ildir.

«Aerokosmik» fakültənin magistratura pilləsi üzrə ixtisasları:

  • 060631 – Kompüter mühəndisliyi
  • 060632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • 060652 – Kosmik texnika və texnologiyalar mühəndisliyi
  • 060649 – Ekologiya mühəndisliyi

«Aerokosmik» fakültəyə aşağıdakı kafedralar daxildir:

  • Ali riyaziyyat kafedrası

Kafedra müdiri: f.-r.e.n., dosent Əli Haqverdi oğlu Yaqubov.

  • Kompüter sistemləri və proqramlaşdırma kafedrası

Kafedra müdiri: t.e.d., professor, AMEA-nın müxbir üzvü Ağasi Zərbəli oğlu Məlikov.

  • Aerokosmik informasiya sistemləri kafedrası

Kafedra müdiri: t.e.d., professor, AMEA-nın müxbir üzvü İsmayıl Mahmud oğlu İsmayılov.

  • Ətraf mühitin aerokosmik monitorinqi kafedrası

Kafedra müdiri: t.e.d., professor Aytac Nəzif qızı Bədəlova.

  • Peşəkar ingilis dili kafedrası

Kafedra müdiri: fil.e.n, dosent Nataliya Nikolayevna Dupikova.

«Aerokosmik» fakültənin ümumi akademik hesab edilən «Ali riyaziyyat», eləcə də ixtisas olan «Kompüter sistemləri və proqramlaşdırma» və «Aerokosmik informasiya sistemləri» kafedraları MAA-nın tələbələrinə ali riyaziyyatın fundamental biliklərini və praktik bacarıqlarını, ədədi üsulları, hesablama metodlarını, proqramlaşdırma dillərini, müasir layihələndirmə texnologiyalarını və ixtisasyönümlü xüsusi tətbiqi proqram paketlərini tədris edirlər.  

«Peşəkar ingilis dili» kafedrası MAA-nın tələbələrinə, eləcə də Pilotların Hazırlığı Mərkəzinin dinləyicilərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun ixtisaslar üzrə peşəkar ingilis dili biliklərini verir.

 

Milli Aviasiya Akademiyasının «Aerokosmik» fakültəsində hazırlığı aparılan və yeni təsis olunan ixtisasların kafedralar üzrə bölgüsü

Kafedralar İxtisaslar
Bakalavriat səviyyəsinin ixtisasları Magistratura səviyyəsinin ixtisasları
Hazırlığı davam etdirilən ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) Yeni ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən)
1 Ali riyaziyyat - - -
2 Kompüter sistemləri və proqramlaşdırma 050631 - Kompüter mühəndisliyi

050620 - Kompüter mühəndisliyi

060631 - Kompüter mühəndisliyi (İxtisaslaşma: Kompüter mühəndisliyi)
3 Aerokosmik informasiya sistemləri 050655 - İnformasiya texnologiyaları

050616 - İnformasiya texnologiyaları

060632 - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (İxtisaslaşmalar: 1. Aerokosmik informasiya sistemləri. 2. Tətbiqi proqram təminatı. 3. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri)
050656 - Sistem mühəndisliyi
050652 - Kosmik texnologiyalar mühəndisliyi 060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: 1. Kosmik infokommunikasiya texnologiyaları)
4 Ətraf mühitin aerokosmik monitorinqi 050649 - Ekologiya mühəndisliyi

050606 - Ekologiya mühəndisliyi

060649 - Ekologiya mühəndisliyi (İxtisaslaşmalar: 1. Aerokosmik monitorinq. 2. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması)

050612 - Geomatika və geodeziya mühəndisliyi

060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: Kosmik infokommunikasiya texnologiyaları)
5 Peşəkar ingilis dili - - -

Əlaqə

(+994 12) 525 98 08 (20-93)

saghayeva@naa.edu.az (Sevda Ağayeva)

ymovsumova@naa.edu.az (Yeganə Mövsümova)