Hava nəqliyyatı fakültəsi

Hava nəqliyyatı fakültəsi

Milli Aviasiya Akademiyasının «Hava nəqliyyatı» fakültəsi 2013-cü ildə «Hava nəqliyyatının uçuş-texniki istismarı» fakültəsinin əsasında təsis olunmuşdur.

Fakültə dekanı vəzifəsini MAA-nın tədris işləri üzrə prorektoru, t.e.d., professor Ədalət Soltan oğlu Səmədov icra edir.

«Hava nəqliyyatı» fakültəsinin təyinatı Azərbaycanın mülki aviasiya sahəsi üçün müasir hava gəmilərinin uçuş və texniki istismarı üzrə mütəxəssislərin – təyyarə və helikopter pilotlarının, hava gəmilərinə texniki xidmət göstərən mexanik, avionik və elektrik mühəndislərinin, hava nəqliyyatının hərəkətini idarə edən dispetçerlərin, uçuşların aeronaviqasiya və meteoroloji təminatı üzrə mütəxəssislərin hazırlığından ibarətdir.

Bunlarla yanaşı «Hava nəqliyyatı» fakültəsində aerokosmik texnikanın – müasir aviasiya və raket-kosmik texnikasının, reaktiv mühərriklərin, güc qurğularının, avionikanın, pilotsuz uçuş aparatlarının, kosmik aparatların, aerokosmik pilotaj-naviqasiya komplekslərinin, uçuş aparatlarının idarəetmə sistemlərinin layihələndirilməsi, konstruksiya edilməsi, istehsalı, sınaqları və istismarı üzrə mühəndislərin hazırlığı həyata keçirilir.

Fakültədə 6 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Tədrisi Azərbaycan və rus dillərində aparılan bakalavriat ixtisasları üçün normativ təhsil müddəti 4 il, magistratura ixtisasları üçün 2 ildir; tədrisi ingilis dilində aparılan ixtisasların təhsil müddəti 5 ildir.

«Hava nəqliyyatı» fakültəsinin bakalavriat pilləsi üzrə ixtisaslar:

2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən

 

2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən

  • 050614 – Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
  • 050653 – Kosmik texnika mühəndisliyi

«Hava nəqliyyatı» fakültəsinin magistratura pilləsi üzrə ixtisaslar:

  • 060616 – Uçuş mühəndisliyi
  • 060615 – Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
  • 060507 – Hidrometeorologiya
  • 060614 – Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
  • 060652 – Kosmik texnika və texnologiyalar mühəndisliyi

«Hava nəqliyyatı» fakültəsinə aşağıdakı kafedralar daxildir:

  • Hava gəmilərinin uçuş istismarı kafedrası

Kafedra müdiri: «Azərbaycan Hava Yolları» QSC-nin vitse-prezidenti, dosent İlham Qoca oğlu Əmirov.

  • Aeronaviqasiya kafedrası

Kafedra müdiri: «Azəraeronaviqasiya» HHİ-nin Hava Hərəkətinin Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin rəisi, t.f.d., dosent Hüseyn Baba oğlu Babayev.

  • Aviasiya meteorologiyası kafedrası

Kafedra müdiri: «Azəraeronaviqasiya» HHİ-nin Aviasiya meteoroloji mərkəzinin rəisi, t.e.d., professor Nazim Şəkər oğlu Hüseynov.

  • Uçuş aparatları və aviasiya mühərrikləri kafedrası

Kafedra müdiri: t.e.d., professor Pərviz Şahmurad oğlu Abdullayev.

  • Avionika kafedrası

Kafedra müdiri: t.e.n., dosent Firdovsi Ələddin oğlu Mahmudlu.

Milli Aviasiya Akademiyasının Hava nəqliyyatı fakültəsində hazırlığı aparılan və yeni təsis olunan ixtisasların kafedralar üzrə bölgüsü

Kafedralar İxtisaslar
Bakalavriat səviyyəsinin ixtisasları Magistratura səviyyəsinin ixtisasları
Hazırlığı davam etdirilən ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) Yeni ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən)
1 Hava gəmilərinin uçuş istismarı 050616 - Uçuş mühəndisliyi

050639 - Uçuş mühəndisliyi

060616 - Uçuş mühəndisliyi (İxtisaslaşma: Hava gəmilərinin uçuş istismarı)
2 Aeronaviqasiya 050615 - Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

050613 - Hava nəqliyyatının hərəkətinin təşkili

060615 - Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (İxtisaslaşmalar: 1. Hava nəqliyyatı hərəkətinin idarə olunması. 2. Aeronaviqasiya təminatı)
3 Aviasiya meteorologiyası 050507 - Hidrometeorologiya

050507 - Hidrometeorologiya

060507 – Hidrometeorologiya (İxtisaslaşma: Aviasiya meteorologiyası)
4 Uçuş aparatları və aviasiya mühərrikləri 050614 - Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

050601 - Aerokosmik mühəndislik

060614 - Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (İxtisaslaşma: Uçuş aparatları və güc qurğuları)
050653 - Kosmik texnika mühəndisliyi 060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: Kosmik aparatlar və idarəetmə sistemləri)
5 Avionika 050614 - Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

050601 - Aerokosmik mühəndislik

060614 - Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (İxtisaslaşma: Uçuş aparatlarının elektrik, radio və cihaz avadanlıqları)
050653 - Kosmik texnika mühəndisliyi 060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: Kosmik aparatlar və idarəetmə sistemləri)

Əlaqə

(+994 12) 525 98 08 (21-39); (24-26)

samedov@naa.edu.az (Ədalət Səmədov)

vhuseynov@naa.edu.az (Vüqar Hüseynov)