İqtisadiyyat və hüquq fakültəsi

İqtisadiyyat və hüquq fakültəsi

Milli Aviasiya Akademiyasının «İqtisadiyyat və hüquq» fakültəsi 1997-ci ildə yaradılmışdır.

Fakültə dekanı vəzifəsini h.e.d., professor Aydın Eylas oğlu Qasımov icra edir.

Fakültənin təsis olunmasında əsas məqsəd Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və perspektivləri nəzərə alınmaqla texniki və texnoloji ixtisaslarla yanaşı, nəqliyyat sektoru və digər sahələr üçün İqtisadiyyat, Menecment və Hüquq ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirməkdir. Fakültənin məzunları müəssisə, təşkilat və şirkətlərin idarə olunması, daxili və xarici iqtisadi və hüquqi fəaliyyətinin tənzimlənməsi, iqtisadi səmərəliliyin və texniki-iqtisadi göstəricilərinin proqnozu və əsaslandırılması, eləcə də qanunvericilik aktlarının işlənməsi və tətbiqi, beynəlxalq hüquq normalarının implementasiyası və bir sıra digər istiqamətlər üzrə fəaliyyət göstərirlər. Məzunlarımız MAA-nın, ölkəmizin eləcə də xarici təhsil müəssisələrinin magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir, ölkə iqtisadiyyatının müxtəlif sahələrində, dövlət qurumlarında, hüquq-mühafizə orqanlarında, bir sıra nazirlik, müəssisə, daxili və xarici şirkətlərdə müvəffəqiyyətlə çalışırlar.

Fakültədə 4 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə isə magistr hazırlığı həyata keçirilir. Tədris Azərbaycan və rus dillərində aparılır. Normativ təhsil müddəti bakalavriat ixtisasları üçün 4 il, magistratura ixtisasları üçün 2 ildir.

«İqtisadiyyat və hüquq» fakültəsinin bakalavriat pilləsi üzrə ixtisasları

«İqtisadiyyat və hüquq» fakültəsinin magistratura pilləsi üzrə ixtisasları:

  • 060401 – Dünya iqtisadiyyatı
  • 060402 – Mühasibat uçotu və audit
  • 060407 – Menecment
  • 060212 – Hüquqşünaslıq

«İqtisadiyyat və hüquq» fakültəsinə aşağıdakı kafedralar daxildir:

  • İqtisadiyyat kafedrası

Kafedra müdiri əvəzi: i.e.n., dosent Vəfa Qurban qızı Nəcəfova.

  • Menecment kafedrası

Kafedra müdiri: i.e.n., dosent Fəridə Fərid qızı Ələkbərova.

  • Hüquq kafedrası

Kafedra müdiri: h.e.d., dosent Ayxan Xankişi oğlu Rüstəmzadə.

  • Dil və ictimai fənlər kafedrası

Kafedra müdiri: Azərbaycanın Xalq şairi, fil.e.n., professor Nəriman Alməmməd oğlu Həsənzadə.

  • İngilis dili kafedrası

Kafedra müdiri: fil.f.d., dosent Aygün Natiq qızı Yusifova.

Fakültənin ixtisas kafedraları olan «İqtisadiyyat», «Menecment» və «Hüquq» kafedralarında müəssisələrin daxili və xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi, marketinq, kommersiya və investisiya siyasətlərinin müəyyənləşdirilməsi, xarici ticarət, beynəlxalq valyuta, maliyyə və kredit əməliyyatlarının aparılması, rentabelli beynəlxalq biznes layihələrinin hazırlanması istiqamətində iqtisadçıların, istehsal və qeyri-istehsal sahəsində fəaliyyət göstərən qurum və təşkilatların, o cümlədən nəqliyyat sektorlarının, aviaşirkətlərin, müəssisələrin, biznes strukturlarının idarə olunması və tənzimlənməsi üzrə menecerlərin, hüququn müxtəlif sahələri (konstitusiya hüququ, mülki hüquq, əmək hüququ, sosial təminat hüququ, maliyyə hüququ, nəqliyyat hüququ, cinayət hüququ və s.) üzrə hüquqşünasların hazırlığı aparılır.

Ümumi akademik olan «Dil və ictimai fənlər», «İngilis dili» kafedraları MAA-nın tələbələrinə Azərbaycan tarixini, dövlət  dilini, ingilis və rus dillərini, humanitar və sosial sahələr üzrə ümumi bilikləri, ümummədəni kompetensiyaları tədris etmək missiyasını daşıyırlar.

İxtisas bilikləri ilə yanaşı bu kompetensiyalar məzunlara mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilat, idarə, müəssisə, birlik və bir sıra digər sferalarda işləmək imkanları verir.

Milli Aviasiya Akademiyasının «İqtisadiyyat və hüquq» fakültəsində hazırlığı aparılan və yeni təsis olunan ixtisasların kafedralar üzrə bölgüsü

Kafedralar İxtisaslar
Bakalavriat səviyyəsinin ixtisasları Magistratura səviyyəsinin ixtisasları
Hazırlığı davam etdirilən ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) Yeni ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən)
1 İqtisadiyyat 050401 - Dünya iqtisadiyyatı

050405 - İqtisadiyyat

060401 - Dünya iqtisadiyyatı (İxtisaslaşma: Beynəlxalq iqtisadi münasibətlər)

050406 - Maliyyə

060402 - Muhasibat ucotu və audit (İxtisaslaşma: Xidmət sferasında muhasibat ucotu və audit)
2 Menecment 050407 - Menecment

050408 - Menecment

060407 – Menecment (İxtisaslaşma: Menecment (mülki aviasiyada))
3 Hüquq 050212 - Hüquqşünaslıq

050206 - Hüquqşünaslıq

060212 – Hüquqşünaslıq (İxtisaslaşmalar: 1.Konstitusiya hüququ. 2.Beynəlxalq hüquq. 3. Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası. 4.Mülki və təsərrüfat hüququ
4 Dil və ictimai fənlər
5 İngilis dili

Əlaqə

(+994 12) 525 98 08 (25-92)

agasimov@naa.edu.az (Aydın Qasımov)

gsuleymanov@naa.edu.az (Qalib Süleymanov)

lale.ilyasli@naa.edu.az (Lalə İlyaslı)