Fizika-texnologiya fakültəsi

Fizika-texnologiya fakültəsi

Milli Aviasiya Akademiyasının «Fizika-texnologiya» fakültəsi 2014-cü ildə yaradılmışdır.

Fakültə dekanı vəzifəsini f.-r.e.n., dosent İlqar Xasay oğlu Məmmədov icra edir.

«Fizika-texnologiya» fakültəsinin təsis olunmasında əsas məqsəd aerokosmik sahənin və ölkə iqtisadiyyatının digər sahələrinin mühəndis-fiziklər, elektrik, elektronika, radiotexnika, telekommunikasiya, cihaz, energetika və avtomatika üzrə mütəxəssislərlə təmin olunmasıdır.

Fakültənin tələbələri mənimsədikləri fundamental bilik, bacarıq, müasir və perspektiv texnologiyalar nəticəsində iqtisadiyyatın, sənayenin və nəqliyyat sektorunun bütün sahələrində, o cümlədən aerokosmik texnikanın elektrik, elektron və radio avadanlıqlarının, telekommunikasiya sistemlərinin, hava gəmilərinin və kosmik uçuş aparatlarının enerji təminatı, bort və yerüstü idarəetmə, ötürücü və qəbuledici sistemlərinin, aerokosmik cihazların və komplekslərin, pilotsuz uçuş aparatlarının cihaz və avadanlıqlarının, peyk, radar və antena qurğularının, keyfiyyətə nəzarət və diaqnostika cihazlarının, eləcə də müasir elektrik stansiyalarının, güc qurğularının, enerji təminatı, avtomatlaşdırma və rele mühafizəsi sistemlərinin layihələndirilməsi, istehsalı, quraşdırılması və istismarı üzrə yüksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar. Mühəndis fizikası ixtisasının tələbələri optika və lazer fizikası, fiziki elektronika, bərk cisim elektronikası, işıq texnikası, tətbiqi nüvə fizikası, materiallar fizikası kimi müasir və qabaqcıl sahələrin fundamental, tətbiqi, mühəndis bilikləri və praktik vərdişləri olan mütəxəssislər kimi yetişirlər. 

Fakültədə 6 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə isə magistr hazırlığı həyata keçirilir. Tədris Azərbaycan və rus dillərində aparılır. Normativ təhsil müddəti bakalavriat ixtisasları üçün 4 il, magistratura ixtisasları üçün 2 ildir.

«Fizika-texnologiya» fakültəsinin magistratura pilləsi üzrə ixtisasları:

  • 060627 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
  • 060624 – Cihazqayırma mühəndisliyi
  • 060652 – Kosmik texnika və texnologiyalar mühəndisliyi
  • 060608 – Elektroenergetika mühəndisliyi
  • 060628 – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

«Fizika-texnologiya» fakültəsinə aşağıdakı kafedralar daxildir:

  • Ümumi və tətbiqi fizika kafedrası

Kafedra müdiri: f.-r.e.n., dosent İlqar Xasay oğlu Məmmədov.

  • Radioelektronika kafedrası

Kafedra müdiri: t.e.d., dosent Ruslan Afiq oğlu Həsənov.

  • Aerokosmik cihazlar kafedrası

Kafedra müdiri: f.-r.e.n., dosent İslam Əsəd oğlu İsgəndərov.

  • Energetika və avtomatika kafedrası

Kafedra müdiri: t.e.n., dosent Elşən Kamil oğlu Manafov.

 

Milli Aviasiya Akademiyasının «Fizika-texnologiya» fakültəsində hazırlığı aparılan və yeni təsis olunan ixtisasların kafedralar üzrə bölgüsü

Kafedralar İxtisaslar
Bakalavriat səviyyəsinin ixtisasları Magistratura səviyyəsinin ixtisasları
Hazırlığı davam etdirilən ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) Yeni ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən)
1 Ümumi və tətbiqi fizika

050630 - Mühəndis fizikası

2 Radioelektronika 050627 - Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

050636 - Radiotexnika və telekommunikasiya mühəndisliyi

060627 - Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (İxtisaslaşmalar: 1. Radioelektron mübarizə vasitələri. 2. Nəqliyyat radioavadanlıqlarının texniki istismarı)

050607 - Elektrik və elektronika mühəndisliyi

050652 - Kosmik texnologiyalar mühəndisliyi 060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: Kosmik infokommunikasiya texnologiyaları)
3 Aerokosmik cihazlar 050624 - Cihazqayırma mühəndisliyi

050604 - Cihaz mühəndisliyi

060624 - Cihazqayırma mühəndisliyi (İxtisaslaşmalar: Aviasiya cihazları. 2. Optik-elektron cihazlar və sistemlər)
050654 - Kosmik idarəetmə sistemləri mühəndisliyi 060652 - Kosmik texnika və texnologiyalar mühəndisliyi (İxtisaslaşma: 1. Kosmik aparatlar və idarəetmə sistemləri)
4 Energetika və avtomatika 050608 - Elektroenergetika mühəndisliyi

050608 - Energetika mühəndisliyi

060608 - Elektroenergetika mühəndisliyi (İxtisaslaşma: Elektrik təchizatı (dəmir yollarında))
050628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

060628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi (İxtisaslaşma: Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə)

Əlaqə

(+994 12) 525 98 08 (24-37)

imammadov@naa.edu.az (İlqar Məmmədov)

pgarayeva@naa.edu.az (Pəri Qarayeva)