XƏBƏR VƏ ELANLAR

MAA ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı imzalanmışdır

Cari ilin aprel ayının 29-da Milli Aviasiya Akademiyası ilə (MAA) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında uzunmüddətli və səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə Əməkdaşlıq Proqramı imzalanmışdır.

Proqramda MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, magistrantların, doktorantların Ədliyyə Nazirliyinin struktur qurumlarında, həmçinin birinci instansiya məhkəmələrində təcrübə keçmələri, hər hansı bir tərəfin hazırladığı elmi-metodik materiallara qarşı tərəfdən rəylərin, tövsiyələrin verilməsi, Nazirliyin əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığında iştirak etməsi, Ədliyyə Akademiyasında müvafiq kateqoriyalardan olan dinləyicilərin ixtisasartırma prosesində MAA-nın professor-müəllim heyətinin və doktorantların iştirak etməsi, hüquqi maarifləndirmə istiqamətində birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili, dərs vəsaitlərinin, elmi məqalələrin, çap materiallarının, broşurların, monoqrafiyaların, müxtəlif nəşrlərin hazırlanması və s. məsələlər qeyd edilmişdir.

Həmçinin Əməkdaşlıq Proqramında MAA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Ədliyyə Nazirliyinin struktur qurumlarında və birinci instansiya məhkəmələrində könüllü fəaliyyətə cəlb olunmaları da nəzərdə tutulmuşdur.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin