XƏBƏR VƏ ELANLAR

MAA ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında Saziş imzalanmışdır

2020-ci ilin sentyabr ayının 23-də Milli Aviasiya Akademiyası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Sazişdə Milli Aviasiya Akademiyasında (MAA) hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, magistrantların, doktorantların Baş Prokurorluğun struktur bölmələrində təcrübə keçmələri, hər hansı bir tərəfin hazırladığı elmi-metodik materiallara digər tərəfdən rəylərin, tövsiyələrin verilməsi, birgə elmi-praktiki təcrübələrin aparılması, Baş Prokurorluğun əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığında iştirak etməsi, birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili, dərs vəsaitlərinin, elmi məqalələrin, çap materiallarının, broşurların, monoqrafiyaların, müxtəlif nəşrlərin hazırlanması və s. bu kimi məsələlər qeyd edilmişdir.

Tərəflər arasındakı əməkdaşlıq Sazişində MAA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin könüllülər qismində Baş Prokurorluğun struktur bölmələrində işə cəlb olunmaları da nəzərdə tutulmuşdur.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin