XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında “Məzun Günü” keçirilib

Mülki aviasiya sahəsi üzrə respublikada ilk və yeganə ali təhsil ocağı olan Milli Aviasiya Akademiyasında (MAA) “Məzun Günü” keçirilib. Tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti, MAA-nın «Hava gəmilərinin uçuş istismarı» kafedrasının müdiri İlham Əmirov, MAA-nın rəhbərliyi, professor-müəllim heyəti, məzunları və digər qonaqlar iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, MAA-nın 2020/2021-ci tədris ilinin doqquz məzunu 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, üç məzun isə şəhidlik zirvəsinə ucalmışdır.

Tədris işləri üzrə prorektor Ədalət Səmədov 20 ixtisas üzrə 6 fakültədən 373 bakalavr, 53 magistrin məzun olduğu barədə məlumat vermişdir. Məzunlara sertifakatlar təqdim olunmuşdur.

Məzun günü bədii hissə ilə davam etmişdir. Azərbaycan Respublikasının Xalq Artisti Cavan Zeynallı, Azərbaycan Respublikasının Əməkdar Artisti Lalə Məmmədova, müğənni Elton Hüseynəliyev musiqi nömrələri ilə tədbir iştirakşılarına xoş dəqiqələr bəxş etmişlər.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin