HAVA NƏQLİYYATI FAKÜLTƏSİ

Aerokosmik mühəndislik

050601 – Aerokosmik mühəndislik ixtisası müasir aviasiya və raket-kosmik texnikasının layihələndirilməsi, istehsalı və texniki istismarı uzrə mütəxəssis hazırlığını nəzərdə tutur. Bu ixtisas çərçivəsində bakalavr hazırlığı 3 istiqamətdə – aerokosmik mexanika, elektronikaidarəetmə sistemləri üzrə aparılır.

Aerokosmik mühəndislik ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində müasir aviasiya və raket texnikasının, kosmik uçuş aparatlarının konstruksiyasının və sistemlərinin, guc qurğularının və muhərriklərinin, elektrik, radio, cihaz avadanlıqlarının layihələndirilmə üsulları, istehsal və texniki istismar texnologiyaları sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar.

050601 – Aerokosmik mühəndislik ixtisasının təhsil proqramı aerokosmik sahənin mütəxəssislərə olan müasir tələblərini əhatə edir. Proqramın hazırlanmasında aviasiya və raket-kosmik texnikasının layihələndirilməsi, istehsalı, sınaqları və istismarı ilə məşğul olan aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsi və mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

Eyni zamanda 050601 – Aerokosmik mühəndislik ixtisasının təhsil proqramı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) və Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA) aviasiya texnikasının istismarına olan tələblərinə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050601 – Aerokosmik mühəndislik” ixtisasının normativ təhsil müddəti azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir.

Milli Aviasiya Akademiyasında 050601 – Aerokosmik mühəndislik ixtisasının proqramında tələbələrə mükəmməl fundamental, İT və mühəndis bilikləri ilə yanaşı, peşəkar ingilis və rus dili biliklərinin də verilməsi nəzərdə tutulmuşdur.

050601 - Aerokosmik mühəndislik ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • hesablama və ədədi metodlar
  • mayelər, materiallar və aerokosmik strukturlar mexanikası
  • maşınlar nəzəriyyəsi və maşın hissələri
  • hidravlika, termodinamika və istilikötürmə
  • aerodinamika, uçuş dinamikası, ballistika və hərəkət nəzəriyyəsi
  • uçan aparatların konstruksiyası, dinamikası və möhkəmliyi
  • uçuş aparatlarının, qaz-turbin və raket mühərriklərinin, güc qurğularının və sistemlərinin layihələndirilməsi
  • kompozit konstruksiyalar
  • aerokosmik sənayedə CAD/CAE/CAM
  • istehsal və sınaq texnologiyaları və digər fənlər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • hesablama və ədədi metodlar
  • proqramlaşdırma
  • elektrotexnika və elektronika, elektrik maşınları və aparatları
  • rəqəmli sistemlər və mikroprosessorlar
  • radar texnikası, güc elektronikası və intiqallar
  • enerji qurğuları, uçan aparatların elektrik və cihaz sistemləri
  • bort mikroelektron və mikroprosessor qurğularının layihələndirilməsi
  • avionika sistemləri, informasiya şəbəkələri və onların proqram təminatı
  • müasir uçuş aparatlarının elektronikası və digər fənlər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • proqramlaşdırma
  • idarəetmə nəzəriyyəsi
  • mexanika, elektrik dövrələri
  • hiroskoplar, vericilər və ölçü çeviriciləri
  • rəqəmli sistemlər və mikroprosessorlar
  • uçuş aparatlarının idarəetmə, informasiya-ölçmə sistemləri və qurğuları
  • inersial naviqasiya, bort idarəedici kompüterlər və komplekslər
  • aviasiya cihazları
  • uçuş aparatlarının avtomatik idarəetmə sistemlərinin layihələndirilməsi və digər fənlər

Aerokosmik mühəndislik ixtisasının tələbələri təhsil aldıqları müddətdə Milli Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin, Silk Way Holding şirkətinin və Azərkosmos ASC-nin struktur bölmələrində, aviaşirkətlərdə, bir sıra nazirlik, müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.

Aviasiya texnikasının istismarı istiqamətini seçən gələcək mühəndislərə bu təcrübələr “Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi”nə yiyələnmək imkanlarını verəcəklər.

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava gəmilərinin, müxtəlif təyinatlı təyyarə və helikopterlərin texniki istismarı, aviasiya və raket-kosmik texnikasının, pilotlu və pilotsuz uçuş aparatlarının konstruksiyasının, funksional, energetik, idarəetmə sistemlərinin, guc qurğularının, muhərriklərinin layihələndirilməsi, istehsalı və istismarı ilə məşğul olacaqlar.

Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya və raket-kosmik texnikası ilə yanaşı  muxtəlif təyinatlı sahələrdə, o cumlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, ümumi və xüsusi təyinatlı maşın və elektronika istehsalı, energetik qaz-turbin qurğularının və mürəkkəb elektron-idarəetmə sistemlərin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-konstruktor, mühəndis-mexanik, mühəndis-elektronçu və mühəndis-proqramçı kimi yuksək reytinqli vəzifə və peşələrdə çalışmaq imkanına malik olacaqlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz