AEROKOSMİK FAKÜLTƏ

Kompüter mühəndisliyi

050620 – Kompüter mühəndisliyi ixtisası əsas olaraq proqram təminatı, avtomatlaşdırılmış sistemlərin və kompüter şəbəkələrinin layihələndirilməsi, planlaşdırılması, qurulması, testləşdirilməsi və idarə olunması üzrə mütəxəssis hazırlığını nəzərdə tutur. Bu ixtisas çərçivəsində bakalavr hazırlığı üç istiqamətdə – “kompüter mühəndisliyi”, “avtomatlaşdırma və kompüter-inteqrallaşdırılmış texnologiyalar”, “kompüter sistemləri və şəbəkələri” üzrə aparılır.

050620 - Kompüter mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter arxitekturası
  • proqramlaşdırma, sistem proqramlaşdırması və əməliyyat sistemləri
  • verilənlərin strukturu və verilənlər bazası sistemləri
  • ədədi üsullar
  • proqram təminatının verifikasiyası və testləşdirilməsinin əsasları
  • veb proqramlaşdırma və layihələndirmə
  • internet texnologiyaları
  • kompüter diaqnostikası və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter arxitekturası
  • proqramlaşdırma, sistem proqramlaşdırması və əməliyyat sistemləri
  • verilənlərin strukturu və verilənlər bazası
  • informasiya-idarəetmə sistemlərində informasiyanın toplanması və emalı
  • idarəetmənin avtomatlaşdırılması
  • internet texnologiyaları
  • informasiya-ölçmə sistemləri
  • avtomatlaşdırılmış hesablama kompleksləri
  • kompüter inteqrallaşmış texnolgiyalar və sistemlər və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter arxitekturası
  • proqramlaşdırma
  • sistem proqramlaşdırması və əməliyyat sistemləri
  • verilənlərin strukturu və verilənlər bazası
  • şəbəkələrin inzibatçılığı, şəbəkə əməliyyat sistemləri
  • kompüter sistemlərində nəzarət və diaqnostika
  • verilənlər bazalarının inzibatçılığı
  • kompüter şəbəkələrinin riyazi analizi və digər fənlər üzrə müasir biliklər

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində mənimsədikləri biliklərin, bacarıqların və vərdişlərin köməyi ilə müxtəlif müəssisə və təşkilatlarda informasiyanın əldə edilməsi, saxlanması, ötürülməsi, emalının avtomatlaşdırılması prosesini yüksək səviyyədə həyata keçirməyi bacaran yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar. Hal-hazırda respublikamızda İKT sahəsi yüksək sürətlə inkişaf edir. Elektron hökümət, elektron dövlət, elektron kommersiya, elektron imza və bu kimi digər sahələr sürətli inkişafdadır. Buna görə də bu sahələrin inkişafını təmin etmək, bu sahələrdə proqram təminatının hazırlaması üçün kompüter mütəxəssislərinə ehtiyac vardır və gənclərin İKT ixtisaslarına yiyələnməsi üçün böyük perspektivlər açılmışdır.

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz