FİZİKA-TEXNOLOGİYA FAKÜLTƏSİ

Cihaz mühəndisliyi

050604 – Cihaz mühəndisliyi ixtisası “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında aerokosmik cihazların, cihaz avadanlığı və komplekslərinin layihələndirilməsi, istehsalı, quraşdırılması, istismarı və təmiri, aviasiya və raket-kosmik texnikası, eləcə də sənayenin bir sıra digər sahələri üçün cihaz avadanlığının dizaynı və proqramlaşdırılması, quraşdırılması, kalibrlənməsi və istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında bu ixtisas çərçivəsində bakalavr hazırlığı əsasən 3 istiqamətdə – aviasiya cihazları, keyfiyyətə nəzarət və diaqnostika cihazları, pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin cihaz və avadanlıqları üzrə aparılır.

Cihaz mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlər nəticəsində aerokosmik sahə ilə yanaşı tibbi, yanacaq-enerji, neft-qaz, neft-kimya, qida sənayesi və s. üçün elektron cihazların, ölçmə-nəzarət və diaqnostika cihaz və sistemlərin layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması, kalibrlənməsi və istismarı sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşır.

050604 – Cihaz mühəndisliyi ixtisasının təhsil proqramı mütəxəssislərə olan müasir tələbləri  özündə əhatə edir, proqramın hazırlanmasında müxtəlif sahələrin aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsi və mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

Eyni  zamanda  050604 – Cihaz mühəndisliyi ixtisasının  təhsil  proqramı  Beynəlxalq  Mülki Aviasiya Təşkilatının (İCAO), Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) və Avropanın Uçuşların Təhlükəsizliyi  Agentliyinin  (EASA) mülki aviasiya sahəsində cihaz və avadanlıqların uçuş və texniki istismarına olan tələbləri əsasında hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050604 – Cihaz mühəndisliyi ixtisasının normativ təhsil müddəti Azərbaycanrus dili bölmələrinin  bakalavriat səviyyəsi tələbələri üçün 4 il, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir.

Milli Aviasiya Akademiyasında 050604 – Cihaz mühəndisliyi ixtisasının proqramında tələbələrə mükəmməl fundamental biliklərlə yanaşı, İT, kompüter sistemlərinin aparat və proqram təminatı, kompüter əsaslı cihazların yaradılması, cihazların avtomatlaşdırılmış layihələndirilməsi və istehsalı kimi mühəndis bacarıqlarının da verilməsi nəzərdə tutulmuşdur.

050604 - Cihaz mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • tətbiqi fizika, kimya
  • kompüter sistemlərinin aparat və proqram təminatı
  • mühəndis qrafikası və dizayn
  • elektrotexnika, mühəndis mexanikası, elektronika və sxemotexnika
  • materialşunaslıq, mikroprosessorlar və mikrokontrollerlər
  • keyfiyyətə nəzarət və metrologiya
  • kompüter əsaslı cihaz mühəndisliyi
  • ölçmə texnologiyaları, cihaz texnologiyalarının əsasları
  • sənaye cihazları, cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri, cihazqayırmada çevik istehsal sistemləri
  • informasiyanın alınmasının fiziki əsasları, müasir sensorlar və çeviricilər
  • cihazların layihələndirilməsi, optoelektron cihaz və qurğular
  • uçan aparatların avtomatik idarəetmə sistemləri, aviasiya cihazları və pilotaj-naviqasiya kompleksləri və digər bu kimi fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • tətbiqi fizika, kimya
  • kompüter sistemlərinin aparat və proqram təminatı
  • mühəndis qrafikası və dizayn
  • elektrotexnika, mühəndis mexanikası, elektronika və sxemotexnika
  • kompüter əsaslı cihaz  mühəndisliyi
  • keyfiyyətə nəzarət və metrologiya, ölçmə texnologiyaları
  • sənaye cihazları, materialşunaslıq, mikroprosessorlar və mikrokontrollerlər
  • cihaz texnologiyalarının əsasları, cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri
  • informasiyanın alınmasının fiziki əsasları, müasir sensorlar və çeviricilər və eyni zamanda cihazların konstruksiya edilməsi
  • zədəsiz nəzarət cihaz və qurğuları, zədəsiz nəzarətdə tənzimləmə və avtomatik idarəetmə sistemləri, keyfiyyətə nəzarət
  • diaqnostika üsul və cihazları, dağıtmadan nəzarətin texnoloji sistemlərə tətbiqi, texniki və texnoloji nəzarətin müasir informasiya, ölçmə və idarəetmə sistemləri
  • mikro- və nanotexnologiya əsaslı vericilər, komples diaqnostikanın üsul və vasitələri, diaqnostik texnologiyalarda robototexniki sistemlər və digər bu kimi fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • tətbiqi fizika, kimya
  • kompüter sistemlərinin aparat və proqram təminatının əsasları
  • mühəndis qrafikası və dizayn
  • elektrotexnika, mühəndis mexanikası, elektronika və sxemotexnika
  • kompüter əsaslı cihaz  mühəndisliyi, keyfiyyətə nəzarət və metrologiya, ölçmə texnologiyaları
  • sənaye cihazları, materialşunaslıq, mikroprosessorlar və mikrokontrollerlər
  • cihaz texnologiyalarının əsasları, cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri
  • informasiyanın alınmasının fiziki əsasları, müasir sensorlar və çeviricilər
  • mikroelektron cihaz elementlərinin layihələndirilməsi
  • pilotaj-naviqasiya kompleks və sistemləri, pilotsuz uçan aparatın tənzimləmə və avtomatik idarəetmə sistemləri, pilotsuz aviasiyada istifadə edilən bort cihazları
  • uçan aparatlarda uçuşun təhlükəsizliyini təmin edən sistemlər, pilotsuz uçan aparatın uçuşunu təmin edən sistem və komplekslər
  • mikromexaniki vericilər, aerokosmik sistemlərin element və qurğularının diaqnostikası
  • uçan robotlar, texniki sistemlər və digər bu kimi fənlər üzrə müasir biliklər

Cihaz mühəndisliyi ixtisasının  tələbələri  təhsil  aldıqları  müddətdə  Milli  Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin, Silk Way Holding şirkətinin və  Azərkosmos ASC-nin struktur bölmələrində, aviaşirkətlərdə, bir sıra nazirlik, müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.

Aerokosmik cihazların layihələndirilməsi, istehsalı, sınaqları və istismarı istiqamətini seçən  gələcək mühəndislərə bu təcrübələr “Aerokosmik cihaz və avadanlıqlara xidmət göstərən personalın şəhadətnaməsi”nə yiyələnmək imkanlarını verəcəkdir.

Təhsil  Proqramını  müvəffəqiyyətlə  bitirmiş  məzunlar  yiyələndikləri  peşə  kompetensiyaları sayəsində müasir hava gəmiləri, müxtəlif təyinatlı təyyarə və helikopterlər, aviasiya və raket-kosmik texnikası, pilotlu və pilotsuz uçuş aparatları, eyni zamanda tibbi, yanacaq-enerji, neft-qaz, neft-kimya, hərbi texnika və s. bu kimi sahələr üçün cihaz və avadanlığın layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, istehsalı, quraşdırılması və kalibrlənməsi ilə məşğul olacaqlar.

Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya və kosmik sahələr ilə yanaşı muxtəlif təyinatlı sahələrdə, o cümlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, tibbi, ümumi və xüsusi təyinatlı sahələrdə biotibbi texnika mühəndisi, keyfiyyətə nəzarət və diaqnostika mühəndisi, elektrik, elektron cihazlar mühəndisi, metroloji nəzarət və standartlaşma mütəxəssisi, cihaz texnologiyası, cihaz və avadanlığın layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması və kalibrlənməsi, idarəetmə və istismarı mühəndisi kimi yuksək  reytinqli vəzifə və peşələrdə çalışmaq imkanına malik olacaqlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz