İQTİSADİYYAT VƏ HÜQUQ FAKÜLTƏSİ

İqtisadiyyat

050405 – İqtisadiyyat ixtisası nüfuz gətirir!

İqtisadçı olmaq nüfuzludurmu? Savadlı, öz sahəsini gözəl bilən, istedadlı, işgüzar iqtisadçı olmaq böyük nüfuza sahib olmaq deməkdir. Bəs iqtisadçılara əmək bazarında ehtiyac varmı? Ölkəmizin iqtisadiyyatının sürətlə şaxələndirildiyi, özəl sektora, innovativ ideyalara geniş meydan verildiyi hazırkı dövrdə savadlı və təşəbbüskar iqtisadçılar həqiqətən defisitdirlər və məhz ən kəskin və ən ciddi (təcili) ehtiyac da onlara olan tələbatdır.

İqtisadçı elə bir şəxsdir ki, o praktiki olaraq hər yerdə işləyə bilər: bütün müəssisələrdə, istər dövlət müəssisəsi olsun, istər özəl sektor olsun, həm nəhəng korporasiyalarda, həm də kiçik müəssisələrdə, yəni iqtisadi təsərrüfat fəaliyyəti olan hər bir sahədə iqtisadçıya tələbat var. Xərclərə nəzarətə, vəsaitlərin düzgün hesablanmasına, iqtisadi fəaliyyətin daimi təhlilinə istənilən şirkətdə ehtiyac var və bu ehtiyacı da ancaq iqtisadçı qarşılaya bilər. İqtisadçı ixtisası üzrə ali təhsil almış şəxs mühasib də ola bilər, auditor da, əməyin iqtisadiyyatı və ya planlaşdırma üzrə iqtisadçı da ola bilər, maliyyə və ya satış məsələləri üzrə menecer də, bankda da işləyə bilər, sığorta təşkilatında da, dövlət qulluğunda da və demək olar ki, hər yerdə.

Bu ixtisasın sahibi çox vacib əqli əmək yerinə yetirməklə yüksək əmək haqqı ala bilir (statistikaya görə bu gün iqtisadiyyatın sektorları üzrə ən yüksək əmək haqqını maliyyə-bank, sığorta sahəsində çalışanlar alırlar), karyera yüksəlişi üçün isə çox böyük imkanlara malik olur.

İqtisadçı oldunsa, deməli:

  • ixtisasın nüfuzludur;
  • stabil şirkətdə vəzifən ola bilər;
  • sürətli karyera yüksəlişi imkanların genişdir;
  • çoxlu sayda ezamiyyət və səfərlər səni gözləyir;
  • “təmiz” (əqli) işin olacaq;
  • yüksək əmək haqqı (və ya gəlir) əldə edə biləcəksən;
  • əmək bazarında sənə tələbat var.

 

Amma eyni zamanda bu ixtisas sahibləri üçün çətinliklər də var: əmək bazarında gənc iqtisadçı kadrların çoxluğu və yüksək rəqabət. Bəs belə bir rəqabət şəraitində üstünlüyü kim qazanır? Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz şəxsi keyfiyyətlərə malik olanlar və Milli Aviasiya Akademiyasının (MAA-nın) diplomuna sahib olanlar!!!

Sual verə bilərsiniz nə üçün? Çünki:

  • MAA bu gün ölkəmizdə dünya standartları səviyyəsində qurulmuş, çox güclü maddi texniki bazaya və tanınmış, şöhrətli alimlərdən ibarət professor-müəllim heyətinə malik möhtəşəm ali təhsil ocağıdır və burada təhsil almaq özü bir zövq məsələsidir;
  • bu təhsil ocağının Rektoru dünya şöhrətli Alim, gözəl İnsan, qayğıkeş Rəhbərdir;
  • MAA-nın əməkdaşları sırasında 2 nəfər akademik, 4 nəfər Milli Elmlər Akademiyasının müxbir üzvü, 50-dən artıq elmlər doktoru, professor, 100-dən artıq fəlsəfə doktoru, dosent var;
  • Akademiyanın diplomu əmək bazarında xüsusi nüfuza malikdir;
  • tələbələrə fənlər ən çoxu 15 nəfərlik qruplarla tədris olunur, yəni dərslər mobil qruplara bənzər formada keçirilir;
  • tələbələrin biliklərinin qiymətləndirilməsinin reytinq sistemi daima inkişaf etdirilir;
  • tyutor sistemi fəaliyyət göstərir;
  • tədrisin aktiv formaları (keyslər, işgüzar oyunlar, situasiya məsələləri və s.) tətbiq edilir;
  • MAA-da geniş potensiala malik kitabxana (həm də elektron kitabxana), Tələbə elmi cəmiyyəti, Tələbə gənclər evi, Tələbə yaradıcılıq evi, Tələbə şəhərciyi, tələbələrin müxtəlif klub və dərnəkləri mövcuddur;
  • İqtisadiyyat kafedrasında ölkəmizdə tanınmış iqtisadçı-alimlər dərs keçirlər.
  • İqtisadiyyat və hüquq fakültəsində tələbə gənclərin “İqtisadçı”, “Menecer” klubları fəaliyyət göstərir.

Bu gün hər bir abituriyentin Akademiyanın yuxarıda sadalanan və digər üstünlüklərini görmək və onlardan yararlanmaq şansı vardır. Bu şansı əldə etmək üçün, sadəcə MAA-nın tələbəsi adını qazanmaq lazımdır. Bəs iqtisadiyyat ixtisasını seçən MAA-nın tələbələri burada hansı bacarıqlara yiyələnəcəklər və bunun üçün hansı fənləri öyrənəcəklər?!

İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində:

  • müasir iqtisadi proseslərin tənzimlənməsində dövlət müdaxiləsinin formaları, metodları və xarakterik cəhətlərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi;
  • iqtisadiyyatın müasir inkişaf mərhələsində ayrı-ayrı resursların rolunu və istifadəsini xarakterizə edən göstəricilərin təhlili və proqnozlaşdırılması;
  • ölkənin xarici iqtisadi siyasətinin əsaslandırılması məqsədi ilə iqtisadi informasiyaların axtarışı, təhlili və qiymətləndirilməsi;
  • dövlət və özəl təşkilatların xarici iqtisadi fəaliyyətini xarakterizə edən iqtisadi göstəricilərin təhlili;
  • ölkənin xarici iqtisadi siyasətini həyata keçirən dövlət orqanlarında işin təşkili və təmini;
  • dövlət və özəl təşkilatların iqtisadi fəaliyyət strategiyasını işləyib hazırlayan bölmələrinə rəhbərliyi;
  • ticarət, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarında müxtəlif təşkilati-hüquqi formalı təşkilatların fəaliyyətinin təşkili və idarəsi;
  • beynəlxalq iqtisadi təşkilatlarda ölkənin xarici iqtisadi siyasətinin həyata keçirilməsinin təmin və təmsili kimi çox ciddi, məsuliyyyətli və mühüm funksiyaları yerinə yetrimək funksiyalarına malik olurlar.

050405 - İqtisadiyyat ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

tələbələr iqtisadi nəzəriyyənin əsaslarını, makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəməklə, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarığını, riyazi üsullar, kəmiyyət və hesablama metodlarnı, işində ümumi porifilli və ixtisaslaşdırılmış proqram təminatından (Excel, Word, Power Point, Photoshop) və analitik proqramlardan (SPSS, Stata, Python) hər hansı biri ilə işləməyi, sadə analizləri etməyi, iqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistikanı, iqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrikanı, mühasibat uçotu üzrə biliklərə malik olmaqla maliyyə hesabatlarını təhlil etməyi, maliyyə sektoru və bazarlarını, maliyyə bazarlarında son inkişaf meyllərini, iqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini, milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını, iqtisadi siyasətin əsas konturlarını, sektorial təhlil aparmağı, marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarını, idarəetmədəki və təşkilatdakı mövcud problemləri, biznesin idarə edilməsi, layihələrin idarə edilməsi, iqtisadi modelləşdirmə sahəsində baza biliklərini, iqtisadiyyatda dövlət sektorunun rolu, iqtisadi təhlil, makroiqtisadi diaqnostika sahəsi, əmək bazarının fəaliyyəti, beynəlxalq iqtisadiyyat üzrə müxtəlif ölkələrin iqtisadiyyatının müqayisəli şəkildə təhlili, beynəlxalq biznesi, beynəlxalq ticarəti, tədiyə balansını, beynəlxalq maliyyəni müəssisələrin maliyyə - mühasibat hesabatlarını və digər fənlər üzrə müasir bilikləri əldə edəcəklər.

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar aşağıdakı ümumi kompetensiyalara yiyələnəcəklər:

  • ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  • ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətinə;
  • milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  • iş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  • komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
  • yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  • məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
  • peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
  • peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
  • fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
  • mürəkkəb sistemləri təhlil etmək, əlaqələri aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək bacarığına (sistemli düşüncə kompetensiyası);
  • gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyətinə, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklkləri nəzərə almaq bacarığına (proqnostik kompetensiya);
  • yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığına (strateji baxış kompetensiyası);
  • başqalarından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini anlamaq (empatiya), qrupda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak qabiliyyətinə (kollektiv iş kompetensiyası);
  • qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və fəaliyyətini kritik qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı müzakirələrdə öz mövqeyini müdafiə etmək qabiliyyətinə (kritik düşüncə kompetensiyası);
  • cəmiyyətdə öz rolunu kritik qiymətləndirmək qabiliyyətinə (özünüdərketmə kompetensiyası);
  • mürəkkəb problemlərin həlli məqsədilə fərqli problemə yönəlik yanaşmalardan istifadə bacarığına, sadalanan kompetensiyalar əsasında kompleks və ədalətli qərarların qəbulu qabiliyyətinə (problemin kompleks həlli kompetensiyası);
  • fərqli baxış və yanaşmaların dərk edilməsi və kompleks təhlili, geniş inteqrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi bacarığına (multikultural yanaşma və açıqlıq);
  • sahələrarası yanaşmaların formalaşdırılması və qərarların qəbulu bacarığına (sahələrarası kommunikasiya).

 

Hörmətli abituriyentlər! Yuxarıda göstərilənlərə sahib olmaq üçün MAA-nı və “İqtisadiyyat” ixtisasını seçin. Öncədən təbrik edirik, çünki seçiminiz doğrudur!

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz