FİZİKA-TEXNOLOGİYA FAKÜLTƏSİ

Elektrik və Elektronika mühəndisliyi

050607 – Elektrik və Elektronika mühəndisliyi ixtisası sənayenin bütün sahələrində, o cümlədən mülki aviasiyada elektrik enerjisi təchizatı sistemlərinin, sənaye elektrik və elektron avadanlıqlarının, elektron qurğuların layihələndirilməsi, istehsalı və texniki istismarı uzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Bu ixtisas çərçivəsində bakalavr hazırlığı 2 istiqamətdə – elektrikelektronika mühəndislikləri üzrə aparılır. İxtisasın təhsil proqramı Almaniya, Amerika, Rusiya və Türkiyənin aparıcı universitetlərinin müvafiq ixtisaslarının təhsil proqramlarına uyğun olaraq hazırlanmışdır.

Elektrik və Elektronika mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlər nəticəsində müasir elektrik stansiyalarının, sənaye müəssisələrinin eneji təminatı sistemlərinin layihələndirilməsi və qurulmasında, eləcə də sənayenin bütün sahələrində elektrik və elektron avadanlıqlarının layihələndirilmə üsulları, istehsalı və texniki istismarı texnologiyaları sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar.

050607 - Elektrik və Elektronika mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter texnologiyaları və proqramlaşdırma
  • mühəndis və kompüter qrafikası
  • elektrik dövrələri nəzəriyyəsi, elektrik maşınları
  • analoq elektronika, rəqəmsal elektronika və proqramlaşdırılan inteqral sxemlər
  • güc elektronikası və elektrik inteqralı
  • siqnallar və sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
  • elektrik və elektron aparatları, yüksək gərginliklər texnikası
  • elektrik avadanlıqların layihələndirilməsi, elektrik intiqalının idarəetmə sistemləri, elektrik avadanlıqlarının istismarı və diaqnostikası
  • proqramlaşdırılan məntiqi kontrollerlər, elektrik şəbəkəsinin montajı və istismarı və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter texnologiyaları və proqramlaşdırma
  • mühəndis və kompüter qrafikası
  • elektrik dövrələri nəzəriyyəsi, elektrik maşınları
  • analoq elektronika, rəqəmsal elektronika və proqramlaşdırılan inteqral sxemlər
  • güc elektronikası və elektrik intiqalı, siqnallar və sistemlər, ifrat yüksək tezlikli elektron və kvant cihazları
  • diskret məlumatların verilişi, siqnalların rəqəmsal emalı, elektron qurğuların layihələndirilməsi
  • sxemotexnikanın əsasları, elektron qurğuların diaqnostikası və etibarlılığı
  • elektrik qida qurğuları, impuls qurğuları
  • optik lifli rabitə xətləri və digər fənlər üzrə müasir biliklər

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir elektrik stansiyalarının, sənaye müəssisələrinin elektrik enejisi ilə təminatı sistemlərinin layihələndirilməsi və qurulması, eləcə də elektrik və elektron avadanlıqlarının layihələndirilməsi və konstruksiya edilməsi, istehsal texnologiyaları və texniki istismar məsələləri ilə məşğul olacaqlar.

Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar xalq təsərrüfatının və sənayenin muxtəlif təyinatlı sahələrində, o cumlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, ümumi və xüsusi təyinatlı maşın və elektronika istehsalı, mürəkkəb elektron-idarəetmə sistemlərin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-elektrik, mühəndis-elektronçu, mühəndis-konstruktor kimi yuksək reytinqli vəzifə və peşələrdə calışmaq imkanına malik olacaqlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz