İQTİSADİYYAT VƏ HÜQUQ FAKÜLTƏSİ

Hüquqşünaslıq

Hüquq – ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.

050206 – Hüquqşünaslıq ixtisası respublikanın hüquq-mühafizə orqanları, dövlət və hökümət qurumları, məhkəmə hakimiyyəti, vəkillik, eləcə də nəqliyyat sahəsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Bu ixtisas çərçivəsində bakalavr hazırlığı hüququn mövcud və yeni sahələri üzrə – Konstitusiya, dövlət və hüquq nəzəriyyəsi, mülki, cinayət, inzibati prosessual, kommersiya, əmək, tibbi, süni intellekt, aerokosmik, dəniz və su, nəqliyyat, beynəlxalq, məhkəmə, müdafiə və digər sahələr üzrə aparılır.

MAA-nın “Hüquqşünaslıq” ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və keçdikləri təcrübə nəticəsində seçdikləri sahənin yüksək ixtisaslı mütəxəssisləri kimi formalaşırlar.

050206 – Hüquqşünaslıq ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • tələbələr dövlət və hüquq nəzəriyyəsi, roma hüququ, konstitusiya hüququ, cinayət, mülki, inzibati, cinayət prosessual, mülki prosessual, maliyyə, vergi, tibb, ailə, gömrük, nəqliyyat hüququ, beynəlxalq hüquq, məhkəmə, müdafiə, cəza-icra hüququ, kriminologiya, kriminalistika, hava hüququ, beynəlxalq xüsusi hüquq və digər fənlər üzrə müasir biliklərə yiyələnəcəklər.

050206 – Hüquqşünaslıq ixtisasının təhsil proqramı hüquq sahəsinin mütəxəssislərə olan tələblərini əhatə edir. Proqramın hazırlanmasında hüququn mövcud və yeni sahələri, milli qanunvericilik, beynəlxalq normativ-hüquqi aktlar, sahəvi qanunlar, hüquq-mühafizə orqanlarının, dövlət və hökümət qurumlarının, məhkəmə hakimiyyəti, vəkilliyin və digər sahələrin mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

Eyni zamanda 050206 – Hüquqşünaslıq ixtisasının təhsil proqramı milli və beynəlxalq qanunvericiliyə, mövcud və yeni hüquq sahəsi üzrə ədəbiyyatlara, yerli və xarici təcrübəyə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050206 – Hüquqşünaslıq ixtisasının normativ təhsil müddəti bakalavriat səviyyəsi üzrə 4 il təşkil edir.

İxtisasın Təhsil Proqramı və Tədris Planı

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz