İQTİSADİYYAT VƏ HÜQUQ FAKÜLTƏSİ

Menecment

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050408 – Menecment ixtisası  müasir nəqliyyat sistemlərinin idarə edilməsi və kommersiya istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Bu ixtisas çərcivəsində bakalavr hazırlığı 3 istiqamətdə – mülki aviasiya (hava nəqliyyatı), yerüstü nəqliyyat və dəmir yolu nəqliyyatı üzrə aparılır.

050408 – Menecment ixtisasının tədris planı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Təhsil Proqramının əsasında hazırlanmışdır.

Milli Aviasiya Akademiyasında 050408 – Menecment ixtisasının normativ təhsil müddəti azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il təşkil edir.

Menecment ixtisasının proqramında tələbələrə mükəmməl fundamental, idarəetmə və nəqliyyat menecmenti üzrə biliklərlə yanaşı, peşəkar ingilis dili biliklərinin də verilməsi nəzərdə tutulmuşdur.

050408 - Menecment ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • Aviamüəssisənin menecmenti fənni mülki aviasiya müəssisələrinin təşkilati idarəetmə strukturu, aviamüəssisələrin idarə edilməsində kommunikasiyalar, idarəetmənin informasiya təminatı, aviamüəssisənin iqtisadi inkişafının planlaşdırılması, menecment sistemində motivasiya, aviamüəssisələrin idarə edilməsinə nəzarət, aviamüəssisələrdə risk menecmenti, istehsal proseslərinin xüsusiyyətləri və onların idarə edilməsi, menecmentin səmərəlilik amillərini əhatə edir.

  • İnnovasiya menecmenti fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən innovasiyaların tətbiqi və idarəolunması yollarının, innovasiyalı ideyanın sənədləşdirilməsi, innovasiya fəaliyyətinin xüsusiyyətləri, innovasiya təşkilatlarının formalaşdırılması qaydaları, vençur innovasiya fəaliyyəti, innovasiya biznesinin təşkili, lisenziyalaşdırma haqqında biliklərin mənimsənilməsidir.

  • Aviadaşımaların marketinqi - bu fənn marketinq mühiti, marketinq tədqiqatları və bazarın seqmentləşdirilməsi, aviaşirkətin marketinq strategiyaları, aviaşirkətin məhsulu, aviadaşımaların maya dəyəri və istismar xərclərinin müəyyən edilməsi, aviaşirkətin tarif siyasəti, gəlirləri, fəaliyyətinin iqtisadi səmərəlilik göstəriciləri, məhsulun bazara irəlilədilməsi, aviadaşımaların satış sistemi, satışın stimullaşdırılması haqqında bilikləri əhatə edir.

  • İnsan resurslarının idarə edilməsi - bu fənn çərçivəsində insan resurslarının idarə olunması anlayışı və heyətin kateqoriyaları, əmək fəaliyyətinin insan ehtiyatları, insan resurslarının idarə edilməsinin əsas metodları, mülki aviasiya müəssisələrində heyətinin strateji idarə edilməsi, aviaşirkərlərdə idarəetmə üslubları, münaqişələrin idarə edilməsi istiqamətləri, heyətin əmək fəaliyyətinin motivasiyası, heyətin əməyinin təşkili, müəssəsənin insan resurslarının inkişafı, işgüzar karyeranın idarə edilməsi tədris olunur.

  • Hava nəqliyyatının idarə edilməsi fənnin tədrisinin əsas məqsədi Azərbaycan iqtisadiyatında mülki aviasiyanın yеri və rolu, hava nəqliyyatının müasir vəziyyəti, Azərbaycanda mülki aviasiyanın inkişaf pеrspеktivləri, aviadaşımalarda təhlükəsizlik məsələləri, aviaşirkətlərin və aеrоpоrtların funksiyaları, dünya hava nəqliyatının bеynəlхalq təşkilatları, mülki aviasiya sahəsində bеynəlхalq iqtisadi münasibətlər, mülki aviasiya müəssisələrinin idarə оlunması хüsusiyyətləri haqqında tələbələrə geniş biliklər verməkdir.

Təhsildə əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yönəldilir.

050408 – Menecment ixtisasının tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, müasir maddi-texniki baza mövcuddur. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilir.

Tədrisə nəqliyyat təşkilatları və müəssisələrindən və/və ya digər dövlət və biznes təşkilatlarından mütəxəssislər də cəlb olunur.

Təcrübələr tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önəmlidir. Təcrübələr Milli Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin və Silk Way Holding şirkətinin struktur bölmələrində, aviaşirkətlərdə, hava limanlarında, bir sıra nazirlik və müxtəlif təyinatlı idarələrdə, nəqliyyat şirkətlərində, dövlət və özəl müəssisələrində, tədqiqat laboratoriyalarında, yerli, yaxud beynəlxalq özəl təşkilat və şirkətlərdə keçirilir.

Yüksək akademik göstəricilər əldə edən tələbələr oxuduqları müddətdə Milli Aviasiya Akademiyasının nəzdindəki IATA institutunda Daşımaların menecmenti üzrə beynəlxalq səviyyəli kurslarda iştirak edərək, IATA-nın sertifikatlarını almaq imkanı qazanırlar.

050408 – Menecment ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr mənimsədikləri bilik, bacarıq və vərdişlərin köməyi ilə müəssisə və təşkilatların səmərəli idarə olunmasını, dövlət və özəl sektor müəssisələrinin ümumi strukturunun yaradılmasını, idarəetmənin prinsip və üsullarını, riskləri qiymətləndirmək bacarığını, insan resurslarından düzgün istifadə üsullarını, çatışmazlıqları təhlil edərək onların həllinə aid konkret çıxış yollarını göstərə biləcək yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.

Təhsil Proqramı hava nəqliyyatı müəssisələri, aviaşirkət və aeroport fəaliyyətinin idarə edilməsi sahələrində karyera yaradılmasını təmin etmək imkanını verir. Eyni zamanda bakalavr, 050408 – Menecment ixtisası üzrə peşəsinə, ixtisas dərəcəsinə uyğun gələn dövlət strukturlarında, mülkiyyət formasından, tabeçiliyindən asılı olmayaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, şirkətlərdə, müəssisələrdə, birliklərdə, kiçik təsərrüfatçılıq subyektlərində və digər biznes strukturlarında, ictimai qurumlarda, təhsil müəssisələrinin müvafiq bölmələrində və peşə ixtisasına uyğun strukturlarda işləyə bilər. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

Bakalavr proqramının məzunları təhsillərini Menecment sahəsi üzrə magistr proqramlarında davam etdirə bilərlər.

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz