FİZİKA-TEXNOLOGİYA FAKÜLTƏSİ

Energetika mühəndisliyi

050608 – Energetika mühəndisliyi ixtisası sənayedə və nəqliyyatda elektrik təchizatı sistemlərinin və avadanlıqlarının, onların güc qurğularının, avtomatikasının, rele mühafizəsinin layihələndirilməsi, quraşdırılması və texniki istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında bu ixtisas çərçivəsində bakalavr hazırlığı 2 istiqamət üzrə aparılır: dəmir yoluhava nəqliyyatının elektrik təchizatı.

Energetika mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlər nəticəsində nəqliyyat növlərinin elektrik təchizatı avadanlıqları və sistemlərinin layihələndirilməsi, istehsalı və istismarı sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşır.

Milli Aviasiya Akademiyasında 050608 – Energetika mühəndisliyi ixtisasının normativ təhsil müddəti azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il təşkil edir.

050608 - Energetika mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • ehtimal nəzəriyyəsi və riyazi statistika
  • elektrotexnikanın və elektronikanın əsasları
  • energetikanın əsasları
  • proqramlaşdırma
  • elektrik maşınları
  • enerji istehsalı texnologiyaları, elektrik sisteminin və avadanlıqlarının mühafizəsi
  • elektrik dəmir yollarının elektrik təchizatı
  • elektrik dartısının nəzəriyyəsi
  • dəmir yollarının təhlükəsizliyi, dəmir yollarının elektrik təchizatının avtomatlaşdırılması
  • elektrik hərəkət qatarlarının avtomatik idarəetmə sistemləri, elektrik dəmir yolu sistemlərinin avadanlıq və aparatları və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • ehtimal nəzəriyyəsi və riyazi statistika
  • elektrotexnika və elektronikanın əsasları
  • energetikanın əsasları
  • proqramlaşdırma
  • elektrik maşınları
  • enerji istehsalı texnologiyaları, elektrik sisteminin və avadanlıqlarının mühafizəsi
  • elektrik enerjisinin alınması, ötürülməsi və paylanması
  • hava limanlarının elektrik şəbəkələri, hava limanlarının elektrotexniki avadanlığının istismarı
  • hava gəmilərinin dayanacaqlarının elektrik təchizat sistemləri, hava limanlarının transformator altstansiyaları və işıq siqnalizasiya avadanlıqları
  • hava limanlarının yüksək gərginlikli kabel şəbəkəsinin istismarı və digər fənlər üzrə müasir biliklər

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində nəqliyyat növləri üzrə elektrik təchizatı sistemləri və avadanlıqlarının, onların güc qurğularının, avtomatikasının, rele mühafizəsinin texniki istismarı ilə məşğul olacaqlar.

Azərbaycan Respublikasının mövcud təhsil standartlarının, müxtəlif nəqliyyat növlərində elektrik təchizatı üzrə normativ təlimatların və sənədlərin tələblərinə uyğun olaraq bu ixtisas üzrə tədris olunan fənlər məzunların gələcək əmək fəaliyyətinin və inkişafının təməlini özündə birləşdirir. Tədris zamanı əldə edilən biliklər məzunlara müxtəlif nəqliyyat növlərinin elektrik təchizatı avadanlıqları və sistemlərinin istismarı ilə yanaşı, bu istiqamət üzrə nəqliyyatın və iqtisadiyyatın digər sahələrində  də çalışmağa imkan verir. Bu səbəbdən ixtisas üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və mühəndis kimi yetişmiş mütəxəssislərə müasir ciddi rəqabətli bazarda böyük tələbat var. Hal-hazırda bu ixtisası müvəffəqiyyətlə bitirmiş məzunlar elektrik təchizatı üzrə profilləşən müxtəlif şirkətlər və müəssisələrdə, hava limanlarında, metropolitendə, dəmiryolu idarələrində, o cümlədən neft-qaz sənayesinin müxtəlif bölmələrində, elektrik təchizatı qurğularının istismarı üzrə yüksək reytinqli vəzifələrdə və peşələrdə çalışırlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz