FİZİKA-TEXNOLOGİYA FAKÜLTƏSİ

Radiotexnika və Telekommunikasiya mühəndisliyi

050636 – Radiotexnika və Telekommunikasiya mühəndisliyi ixtisası aerokosmik sahədə, eləcə də sənayenin bütün sahələrində radioelektron avadanlıqlarının layihələndirilməsi, istehsalı və texniki istismarı uzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Bu ixtisas çərçivəsində bakalavr hazırlığı 2 istiqamətdə – radiotexnikatelekommunikasiya mühəndislikləri üzrə aparılır.

Radiotexnika və Telekommunikasiya mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində aviasiya və raket-kosmik texnikasının, nəqliyyat növlərinin və sənayenin bir çox sahələrinin elektrik, elektron və radio avadanlıqlarının, hava gəmilərinin və kosmik uçuş aparatlarının bort və yerüstü idarəetmə, ötürücü və qəbuledici avadanlıqlarının, peyk, radar və antena sistemlərinin layihələndirilməsi, istehsalı və texniki istismarı üzrə yuksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar.

050607 – Radiotexnika və Telekommunikasiya ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter texnologiyaları və proqramlaşdırma
  • mühəndis və kompüter qrafikası
  • elektrik dövrələrinin əsasları, elektrodinamika və radiodalğaların yayılması
  • analoq elektronika, rəqəmsal elektronika və mikroprosessorlar
  • sxemotexnikanın əsasları, elektrik qida qurğuları, naqilsiz rabitə texnologiyaları
  • elektrik rabitə nəzəriyyəsi, telekommunikasiya şəbəkələri və sistemləri
  • elektrik ölçmələri və vasitələri, siqnallar və sistemlər, radioverici və radioqəbuledici qurğular
  • antena-fider qurğuları, radiolokasiya və radionaviqasiya sistemləri, peyk naviqasiya və hava hərəkətinin idarə edilməsi
  • radioelektron aparatların diaqnostikası və etibarlılığı, radioelektron qurğuların layihələndirilməsi, uçuş aparatlarının bort radioelektron avadanlığı
  • peyk və mobil rabirənin əsasları, miroelektronika və nanoelektronika və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • kompüter texnologiyaları və proqramlaşdırma
  • mühəndis və kompüter qrafikası
  • elektrik dövrələrinin əsasları, elektrodinamika və radiodalğaların yayılması
  • analoq elektronika, rəqəmsal elektronika və mikroprosessorlar
  • sxemotexnikanın əsasları, elektrik qida qurğuları, naqilsiz rabitə texnologiyaları, elektrik rabitə nəzəriyyəsi
  • telekommunikasiya şəbəkələri və sistemləri, elektrik ölçmələri və vasitələri
  • siqnallar və sistemlər, NGN texnologiyaları, avtomatik nəzarət və idarə sistemləri
  • çoxkanallı telekommunikasiya sistemləri, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi, istismarı və diaqnostikası
  • telekommunikasiya şəbəkələrində informasiya mühafizəsi, radiorabitə texnologiyaları, beynəlxalq radiorabitə və radiomübadilə, və digər fənlər üzrə müasir biliklər

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində aerokosmik sahədə, eləcə də sənayenin bütün sahələrində radioelektron, elektron və elektrik avadanlıqlarının layihələndirilməsi, konstruksiya edilməsi, istehsalı və istismarı, həmçinin də aviasiya və kosmik uçuş aparatlarının radiotexniki və telekommunikasiya qurğularının layihələndirilmə, istehsal və texniki istismar texnologiyaları ilə məşğul olacaqlar.

Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar aerokosmik sahədə və sənayenin muxtəlif təyinatlı sahələrində, o cumlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, ümumi və xüsusi təyinatlı elektronika istehsalı, energetik qurğuların mürəkkəb elektron-idarəetmə sistemlərinin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə radiomühəndis, mühəndis-konstruktor, mühəndis-elektronçu və mühəndis-proqramçı kimi yuksək reytinqli vəzifə və peşələrdə calışmaq imkanına malik olacaqlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz