TEXNİKA ELMLƏRİ

3361.01 – Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro- və nanoelektronika

İxtisasın formulu

“Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro- və nanoelek­tronika” – mövcud bərk cisim elektronikası cihazlarının, radioelektron kompo­nentlərin, mikro- və nanoelektron məmulatlarının mükəmməlləşdirilməsi və yenilərinin yaradıl­ması ilə məşğul olan ixtisas olub, özündə göstərilən cihazların, komponentlərin və məlumatların yaradılmasının və mükəmməlləşdirilməsinin fiziki və texniki prinsiplə­rini cəmləşdirir.

İxtisas onunla fərqlənir ki, onun tərkibinə əsasən fizika, sxemə-texnika, konst­ruksiya texnologiya, modelləşdirmə, xarakteristikaların ölçülməsi oblastla­rındakı işlə­mələr və tədqiqatlar, sınaqlar, göstərilən cihazların, komponent və məmulatların tətbiqi daxildir.

Tədqiqat sahələri

  1. Ənənəvi bərk cisim elektronikası cihazlarının, radioelektron komponentlərin, mikro- və nanoelektron məmulatların mükəmməlləşdirilməsi və yenilərinin yaradılmasının fiziki prinsiplərinin işlənməsi və tədqiqi
  2. 1 bəndi üzrə məmulatların yaradılması və mükəmməlləşdirilməsi üsullarının sxemə-texniki və konstruktiv əsaslarının işlənməsi və tədqiqi
  3. 1 bəndi üzrə məmulatların yaradılması və mükəmməlləşdirilməsi üsulları­nın texnoloji əsaslarının işlənməsi və tədqiqi
  4. 1 bənd üzrə məmulatların fiziki və riyazi modellərinin işlənməsi və tədqiqi
  5. 1 bənd üzrə məmulatların funksional və istismar xarakteristikalarının, o cüm­lədən keyfiyyət, uzunmüddətlilik, etibarlılıq, xarici təsirlərə dayanıqlılıq və effektiv tədqiqat məsələlərinin modelləşdirilməsi və tədqiqi

Əlaqəli ixtisaslar

3360.01 – Nüvə və radiasiya təhlükəsizliyi

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz