Texnika Elmləri

3350.01 – Daşınma proseslərinin idarə edilməsi

İxtisasın formulu

“Daşıma proseslərinin idarə olunması” – ixtisasının mövzusu: nəqliyyat proseslərində və nəqliyyat-logistika sistemlərindəki qanunauyğunluqların tədqiq olunması, daşıma proseslərinin idarə olunması və təşkil edilməsində mövcud texniki və texnoloji həll yollarının təkmilləşdirilməsi və yenilərinin işlənilməsi.

İxtisasın obyekti

İxtisasın obyekti: nəqliyyat-logistika sistemi, bu sistemin strukturu və müəssisələri, nəqliyyat və informasiya axınları, nəqliyyatda logistika idarəetmə sistemləri, daşıma təhlükəsizliyinin təmin olunması üçün müxtəlif qurğular.

Tədqiqat sahələri

  1. Nəqliyyat axınlarını planlaşdırılması, təşkili və idarə olunması
  2. Nəqliyyat proseslərinin texnologiyası
  3. Nəqliyyat-logistika sistemlərinin, onların strukturunun və müəssisələrinin inkişafı
  4. Müxtəlif nəqliyyat növləri arasınadakı qarşılıqlı əlaqə (multimodal və intermodal daşımalar), daşımaların təşkil olunmasında dövlətlərarası əməkdaşlıq
  5. Nəqliyyat ekspedisiya işləri, logistika və servis
  6. Hərəkət təhlükəsizliyinin təmin olunması sistemləri və metodologiyaları
  7. Daşıma proseslərinin idarə olunması üçün zəruri sistemlər, onların qurulması və sınanması metodları
  8. Texniki vasitələr, nəqliyyat texnoloji proseslərin idarə olunması və nəzarət etmə sistemləri, onların standartlaşdırılması və sertifikatlaşdırılması

Əlaqəli ixtisaslar

3327.01 – Nəqliyyat sistemləri texnologiyası

3352.01 – Hava nəqliyyatının istismarı

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz