Texnika Elmləri

3352.01 – Hava nəqliyyatının istismarı

İxtisasın formulu

“Hava nəqliyyatının istismarı” – ixtisasının məzmunu aviasiya texnikasının utilizasiyası, hesabdan silinməsi, saxlanılması, nəql edilməsi, təmiri, texniki və texnoloji xidməti, istifadəyə hazırlıq və təyinatı üzrə istifadə proseslərinin keyfiyyət və effektivliyinin artırılması və hava nəqliyyatı obyektlərinin texniki-istismar xüsusiyyətlərinin təkmilləşdirilməsi üzrə kompleks məsələ və problemlərdən  ibarətdir.

Tədqiqat obyektləri

  1. Hava gəmiləri, aviasiya mühərrikləri, hidromexaniki sistemlər, avionika, elektrik avadanlıqları və  hava gəmilərinin digər funksional sistemləri, yerüstü aviasiya texnikası
  2. Aviasiya texnikasının  texnoloji, texniki xidməti və  təmiri ilə əsaslı məşğul olan aviasiya müəssisələri
  3. Sistem və proseslər:
    • texniki və uçuş – texniki istismar;
    • aviasiya texnikasının texniki vəziyyətinin idarə  olunması, hava gəmilərinin uçuşa yararlılığının saxlanılması, uçuşların təhlükəsizliyinin təminatı;
    • keyfiyyətin idarə olunması;
    • sertifikatlaşdırma;
    • informasiya və material – texniki təminat;
    • aviasiya qəzalarının və insidentlərinin təhqiqatı və xəbərdarlığı və aviasiya təhlükəsizliyinin təminatı.

 

Göstərilən ixtisasın elmi-paktiki əhəmiyyəti uçuşların təhlükəsizliyinin və hava gəmisinin rəqabət qabiliyyətinin, hava nəqliyyatının istismarının effektivliyinin artırılması üzrə yeni vasitə, texnologiya və üsulların işlənib hazırlanmasından ibarətdir.

Tədqiqat sahələri

  1. Hava gəmiləri parkının strukturu və tərkibinin, aviaxəttlərin şəbəkəsi, aviaşirkətləri və texniki- material təminat sisteminin proqnozlaşdırılması və analizi
  2. Uçuşların təhlükəsizliyinin təminatı vasitələri, aviasiya  hadisələri və insidentlərinin araşdırılması və mühəndis – aviasiya üsullarının elmi əsaslarının işlənib hazırlanması
  3. Hava gəmilərinin və onların funksional sistemi və komplekslərinin istismar effektivliyinin artırılması üsullarının, aviasiya texnikasının iş prosesini və istismar təminatının yerüstü vasitələrinin təkmilləşdirilməsi
  4. Hava nəqliyyatı obyektlərinin istismarı proseslərinin idarə  olunması və sistemli analizi
  5. Hava nəqliyyatı obyektlərinin istismarının sistem və texnoloji prosesləri, təşkili forma və üsullarının  təkmilləşdirilməsi metodologiyasının və nəzəriyyəsinin inkişafı
  6. Aviasiya texnikasının yenidən təmiri və yaradılmasına ehtiyac və aviasiya qaydalarının yaradılması üsullarının təkmilləşdirilməsi
  7. Hava nəqliyyatının istismar proseslərinin mexanikləşdirilməsi və  avtomatlaşdırılması, aviasiya  təşkilatların fəaliyyətinin effektivliyinin artırılmasının planlaşdırılması, idarəetmə vasitələri və metodların təkmilləşdirilməsi
  8. Aviasiya texnikasının təmiri, texniki proqram təminatı,optimal  strategiyaların yenidən yaradılması və seçimi
  9. Metroloji təminatın və aviasiya texnikasının texniki vəziyyətinin proqnozlaşdırılması və diaqnostikası vasitələri və metodlarının təkmilləşdirilməsi
  10. Hava nəqliyyatının istismar sistemində həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı və erqonomika probleminin tətqiqi
  11. Hava gəmilərinin istismar prosesində   uçuşa yararlılığının  saxlanması və təminatı metodları və elmi əsaslarının təkmilləşdirilməsi
  12. Aviasiya texnikasının istismar-texniki xarakteristikalarının səviyyəsinin qiymətləndirilməsi və analiz metodlarının, modellərinin  işlənib hazırlanması
  13. Aviasiya texnikasının texnoloji təmiri və istismarı, nəzarətə yararlılıq, etibarlılığının artırılması usullarının  hazırlanması
  14. Aviasiya texnikasının təmiri və texniki xidmətinin optimal sisteminin formalaşmasının nəzəri və metodiki əsasları
  15. Aviasiya texnikasının işləmə qabiliyyətinin bərpası üçün  texnoloji prosesləri və üsullarının  işlənib hazırlanması
  16. Aviasiya texnikasının  istismarının idarə edilməsi prosesinin informasiya təminatı vasitələri və üsullarının işlənib hazırlanması
  17. Hava nəqliyyatının istismarı zamanı ekoloji təmiz və ehtiyata qənaət texnologiyasının  işlənib hazırlanması
  18. Hava gəmilərinin uçuş  dövrünün yararlılıq sərhədlərinin genişləndirilməsi üsulları və elmi əsaslarının  işlənib hazırlanması
  19. Hava nəqliyyatı obyektlərinin xidməti müddəti və ehtiyatlarının artırılması, praktiki qurulması və nəzəriyyəsinin inkişafı metodologiyası
  20. Aviasiya heyətinin hazırlıq, yenidən hazırlıq, ixtisasartırma, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi
  21. Hava nəqliyyatını icazəsiz müdaxilədən mühafizəsi üsulları və sisteminin işlənib hazırlanması

Əlaqəli ixtisaslar

3351.01 – Naviqasiya və havada hərəkətin idarə edilməsi

3324.04 – Yerüstü komplekslər, buraxılış avadan­lıq­la­rı, uçan aparatların və onların sistemlərinin istismarı

3324.05  – Uçan aparatların və onların sistemlərinin sınağı, onlara nəzarət

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz