Texnika Elmləri

3324.07 – Məsafədən aerokosmik tədqiqatlar

İxtisasın formulu

Ətraf mühitin vəziyyətinə nəzarət, təbii dağıdıcı hadisələrin aerokosmik texnologiyalarının vasitəsi ilə tədqiqi, aerokosmik monitorinq, aerokosmik təsvirlərin tematik emalı, məsafədən zondlama metodlarından istifadə, təbii mühitin tədqiqində məsafədən zondlama metodlarından istifadə. Statistik metodlar və informasiyanın rəqəmli analizi. Kosmik təsvirlərin ümumiləşdirilməsi və   deşifrə edilməsi məsələləri.

Məsafədən zondlama verilənlərinin emalında istifadə olunan kəmiyyət analizi metodları. Klaster analiz. Statistik metodlar və informasiyanın rəqəmli analizi. Aerokosmik metodun əsas informasiya mənbələri. Yerin məsafədən tədqiqinin effektivliyi.

Tədqiqat sahələri

  1. Aerokosmik təsvirlərin  əldə etmək nəzəriyyəsi
  2. Tədqiqat obyektlərinin  müxtəlif  elementlərinin qeydə alınan kosmik təsvirlərinin emalı, texniki vasitə və texnologiyaların tədbiqi
  3. Aerokosmik texnologiya, ekoloji vəziyyət, torpaq, tikinti, raqəmsal xəritə və tematik xəritələrin hazırlanması, geoloji və hidroloji tədqiqat məsələlərində aerokosmik təsvirlərin tədbiqi
  4. Təbii  ehtiyatlarının aerokosmik üsullarla araşdırmaqla təsvirlərin deşifrləmə texnologiyası, emalı, nəzəriyyəsi və tədqiqat obyektlərinin rəqəmli xəritəsinin hazırlanması
  5. Aerokosmik texnologiyanın tətbiqi ilə təbii və texnogen prosesslərin dinamikası və proqnozlaşdırılması məsələləri

Əlaqəli ixtisaslar

3324.01 – Kosmik texnika

3324.02 – Yer kürəsinin aero­kosmik tədqiqatları, fotoqrammetriya

3324.03 – Uçan aparatların la­yihələndirilməsi, konst­ruksiyası və istehsalı

3324.04 – Yerüstü komplekslər, buraxılış avadan­lıq­la­rı, uçan aparatların və onların sistemlərinin istismarı

3324.05 – Uçan aparatların və onların sistemlərinin sınağı, onlara nəzarət

3324.06 – Uçan aparatların hə­rəkətinin dina­mi­kası, bal­listikası və idarə olunmas

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

Geologiya – coğrafi elmlər

Geodeziya

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz