İQTİSAD ELMLƏRİ

5312.01 – Sahə iqtisadiyyatı

İxtisasın formulu

“Sahə iqtisadiyyatı” ixtisas istiqamətinin mövzusu: iqtisadi sistemin formalaşması, inkişafı və proqnozlaşdırılması, iqtisad sistemləri nəzəri və metodoloji prinsipləri bu sistemin idarə olunmağını metod və üsulları, iqtisadi sistemlərin institusional və infrostruktur inkişaf aspektləri.

İxtisasın obyektləri

Müxtəlif miqyaslı, səviyyəli, fəaliyyət sferalı, mülkiyyət formalı iqtisadi sistemlər; nəqliyyat müəssisə və təşkilatları.

Tədqiqat sahələri

  1. İqtisadi sistemlərin(dövlət, trnsmilli, regional və s.)  idarəetmə subyektlərinin tədqiqi
  2. İqtisadi sistemlərin formalaşmasında, inkişafında və dağılmasında yaranmış idarəetmə münasibətlərinin tədqiqi
  3. İnsan fəaliyyətinin xüsusi sahəsi olan nəqliyyat sahəsinin xüsusiyyətlərinin, proseslərinin təhlil edilməsinə onun fəaliyyətinin, planlaşdırılmasının, idarə edilməsinin və inkişafının qanunauyğunluqlarını tədqiq, etmək və istehsal münasibətlərini qiymətləndirmək
  4. Müxtəlif növ nəqliyyat müəssisə və təşkilatların fəaliyyətlərinin iqtisadi təhlili
  5. Nəqliyatda idarəetmə sistemlərinin iqtisadi əsaslandırılması
  6. Nəqliyyat avadanlıqlarının yaradılmasının və modernləşdirilməsinin iqtisadi səmərəliliyinin təyin edilməsi
  7. Ölkə iqtisadiyyatına və əhaliyə (hava, yerüstü, dəmiryol, dəniz və s.) göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi
  8. Yük və sərnişin daşımalarının strateji planlaşdırılması və proqnozlaşdırılması metodlarının tədqiqi
  9. Xidmət sferasının iqtisadiyyatı və idarəedilməsində müasir ənənənələri və idarəetmə proqnozlarının təhlili
  10. Xidmət sferasının müəssisə və təşkilatlarında fəaliyyətin təşkilati-iqtisadi formalarının elmi əsaslandırılması
  11. Xidmət sferasının ictimai sektorunun inkişafı və formalaşması xüsuaiyyətlərinin tədqiqi
  12. Xidmət sferası müəssisələrinin rəqabət qabililiyyətliyinin təmin edilməsi
  13. Milli iqtisadiyyatın innovativ idarəedilməsi, problemlərin araşdırılması, təhlili və həll edilməsi
  14. İqtisadi sistemlərdə innovativ fəaliyyətinin  metodologiyasının modelləşdirilməsini, proqnozlaşdırılmasının və qiymətləndirilmə metodlarının işlənməsi
  15. İnnovasiya mühitində inteqrasiya proseslərinin tədqiqi

Əlaqəli ixtisaslar

Elmi dərəcələrin verildiyi elm sahəsi

İqtisad elmləri

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz