Texnika Elmləri

3311.02 – Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları

İxtisasın formulu

“Təbii mühitə, maddə, material və məhsullara nəzarət cihazları və üsulları” – təbii mühitə, maddə, material və məhsullara analitik və qeyri- dağıdıcı nəzarət üsullarının elmi əsaslarının yaradılması, göstərilən obyektlərə ekoloji, analitik və qeyri-dağıdıcı nəzarət sistemi, vasitə və cihazlarının təkmilləşdirilmiş xüsusiyyətləri ilə işlənib hazırlanması və tətbiqi ilə məşğul olan elm və texnika sahəsidir. Bu ixtisasın xalq təsərrüfatı üçün elmi və texniki problemlərinin həlli əhəmiyyəti təbii mühit və məhsulların keyfiyyətinin artırılması, texnogen obyektlərin təhlükəsizliyinin və xidmət müddətlərinin artırılması, avtomatlaşdırılmış istehsal proseslərinin genişləndirilməsindən ibarətdir.

Tədqiqat sahələri

  1. Təbii mühit, maddə, material və  məhsullara mövcud analitik və qeyri-dağıdıcı nəzarət üsullarının təkmilləşdirilməsi və yeni üsulların elmi əsaslandırılması
  2. Nəzarət obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla analitik və qeyri-dağıdıcı nəzarət sistemi, cihazları, vasitə və elementlərinin layihələndirilməsi və hesablanması üsullarının optimallaşdırılması və işlənib hazırlanması
  3. Təbii mühit, maddə, material və məhsullara prototiplərlə müqayisədə yüksək xüsusiyyətlərə malik nəzarət sistemi, vasitə və cihazlarının işlənib hazırlanması, tətbiqi və sınaqdan keçirilməsi
  4. Təbii və texnogen obyektlərin ekoloji monitorinqinin lokal , regional və qlobal sistemləri üçün  metodiki, texniki, cihaz və  informasiya təminatının işlənib hazırlanması
  5. Təbii mühit, maddə, material və məhsullara nəzarət vasitələri və cihazlarının metroloji təminatının işlənib hazırlanması, cihazların metroloji xüsusiyyətlərinin optimallaşdırılması
  6. İnformativ siqnalların emalı proseslərinin alqoritmik və texniki –  proqram təminatının işlənib hazırlanması və nəticələrin nəzarət vasitələri və cihazlarında təqdimatı, nəzarət cihazlarının avtomatlaşdırılması
  7. İstismar prosesində nəzarət cihaz və vasitələrinin informativ və metroloji etibarlılığının artırılması, nəzarət cihazlarının diaqnostikası

Əlaqəli ixtisaslar

3311.01 – Cihazqayırma texnologiyası

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz